vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
19:14 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikada siyasi qətl

Bələdiyyə sədrliyinə namizəd sui-qəsd nəticəsində öldürülüb

CAVİD

Bu gün Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərinin bələdiyyə sədrliyinə namizədi sui-qəsd nəticəsində öldürülüb. Yerli mətbuatın məlumatına görə, Gisela Qaytan seçki kampaniyası zamanı silahla hücuma məruz qalıb. Hücum zamanı daha 3 nəfər yaralanıb. Səlahiyyətlilər bildiriblər ki, polis və məhkəmə-tibb ekspertləri qatilləri tapmaq üçün hadisə yerində məlumat toplayır. Qaytanın ölümü Meksikada iyunun 2-də keçirilməsi gözlənilən ümumi seçkilər ərəfəsində törədilən silsilə cinayətlərin sonuncusu idi.

Hakim Milli Yeniləşmə Hərəkatı partiyasının (MORENA) namizədi olan Qaytanın ölümünü rəsmi orqanlar sui-qəsd kimi qiymətləndirib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador açıqlamasında Qaytana hücumu pisləyib.

Obrador, sözügedən hücumların çox kədərli olduğunu və siyasətçilərin demokratiyanı müdafiə etmək üçün mübarizə apardıqlarını bildirib.

Qaytanın ölümü Meksikada 2 iyunda keçiriləcək ümumi seçkilər ərəfəsində siyasətçilərə qarşı artan zorakılıq aktlarını yenidən gündəmə gətirib.

Hər seçki dövründə siyasətçilərə qarşı zorakılığın artması müşahidə edilən Meksikada 2023-2024-cü il seçkiləri dövründə indiyədək 22 siyasətçi öldürülüb.

2024-cü ilin birinci rübündə 401 qətlin törədildiyi Quanaxuato Meksikada ən şiddətli hadisələrin yaşandığı əyalət oldu.

Ölkədəki kriminal dəstələr seçki dövründə namizədləri hədələyir və siyasətçiləri əməkdaşlığa məcbur etmək üçün zorakılıqdan alət kimi istifadə edirlər.

Meksikada 100 milyondan çox seçici iyunun 2-də keçiriləcək seçkidə ölkənin yeni prezidentini və parlament üzvlərini müəyyən etmək üçün səs verəcək.

***

Mərkəzi Amerikada yerləşən və 130 milyona yaxın əhalisi olan Meksika kartellərin idarə etdiyi ölkəyə çevrilib. Körfəz və Sinao karteli arasında uzun illərdir davam edən münaqişələr səbəbindən bölgədən zorakılıq xəbərləri dünya mediasında tez-tez səs-küy yaradır. Sinao və Körfəz kartelindən başqa ölkədəki ən qəddar qruplardan biri də “Yeni nəsil kartel” qrupudur. Ötən həftə ölkədə hiddətə səbəb olan hadisədə 8 yaşlı qıza cinsi təcavüz edən şəxslər linç edilib, 3 nəfərdən ikisi ağır yaralanıb, biri isə küçənin ortasında öldürülüb.