vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
11:09 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Afrika ölkəsi Almaniyanı hədələdi

Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən çox fil populyasiyasına malik Botsvananın prezidenti Mokqvitsi Masisi, ovçuluğun qarşısını almaq üçün ləvazimatların satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyanı 20 min fil göndərməklə hədələyib.

Masisi “Bild” qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının tüğyan etdiyini vurğulayan Masisi, sürülərin mülklərə və məhsullara zərər verdiyini və insan ölümünə səbəb olduğunu ifadə etdi.

Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək, “Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır”, – deyib.

Botsvananın indiki sürü sayını azaltmaq üçün Anqolaya 8 min fil verdiyini xatırladan Masisi, populyasiyanı qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya da 20 min fil göndərəcəklərini bildirib.

Masisi bunun zarafat olmadığını vurğulayaraq, cavab olaraq “yox”u qəbul etməyəcəklərini bildirib.

Dünya fil populyasiyasının təxminən üçdə birinin yaşadığı Botsvanada 2014-cü ildə fil ovu qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı sıçrama və yerli əhalinin tələbinə uyğun olaraq götürülüb.

Almaniyanın Ətraf Mühit Nazirliyi Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürmüşdü.