vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
15:40 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya gələcəyini Pekinə girov qoyub”

Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısından əvvəl jurnalistlərə açıqlama verib. Stoltenberq bildirib ki, xarici işlər nazirləri NATO-nun 75-ci ildönümünü qeyd etmək və iyulda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək sammitə hazırlıq məqsədilə bu gün və sabah görüşəcəklər. NATO-nun əsasını təşkil edən müttəfiqlərdən birinə hücumun bütün müttəfiqlərə hücum kimi qiymətləndirilməsi prinsipini xatırladan Stoltenberq, “Bu əsasda tarixin ən güclü və ən uğurlu ittifaqını qurduq. Son 75 il ərzində NATO-nun açıq qapı siyasəti bütün Avropada demokratiya və rifahın yayılmasına kömək edib”.

Avropanın müharibə ilə üz-üzə qaldığını bildirən Stoltenberq Rusiyanın son günlər Ukrayna vətəndaşlarını və infrastrukturunu hədəf alan böyük hücumlar həyata keçirdiyini və cəbhəyə təzyiqlərini davam etdirdiyini bildirib. Bu səbəbdən müttəfiqlərin Ukraynaya dəstək verməkdə qərarlılığına ehtiyac olduğunu vurğulayan Stoltenberq, “Müttəfiqlərin böyük miqdarda silah, sursat və texnika çatdırmağa davam etməsini alqışlayıram. Ancaq Ukraynanın vacib və təcili ehtiyacları var. Dəstəyin verilməsində hər hansı bir gecikmə döyüş meydanında ağır nəticələrə səbəb ola bilər. “Ona görə də biz dəstəyimizin dinamikasını dəyişməliyik”, – deyə o, bildirib.

Kiyevə uzunmüddətli perspektivdə etibarlı və proqnozlaşdırıla bilən yardım göstərilməli olduğuna işarə edən Stoltenberq, nazirlərin bu səbəbdən Ukraynanın hərbi texnika və təlim proqramlarının koordinasiyası üçün daha çox məsuliyyəti öz üzərinə götürə biləcəyini müzakirə edəcəklərini qeyd edib. NATO-nun Ukraynaya davamlı dəstəyi üçün çoxillik maliyyə öhdəliyini də müzakirə edəcəklərini bildirən Stoltenberq, “Nazirlər toplantısı Vaşinqton Sammitinə hazırlaşarkən bu mövzularda konsensusun əldə edilməsi üçün zəmin yaradacaq”, – o, deyib. Ukraynaya hərbi dəstəyin 99 faizinin NATO müttəfiqləri tərəfindən verildiyini xatırladan Stoltenberq, NATO çərçivəsində daha çox yardım səylərinin səmərəli və təsirli olacağını vurğulayıb.

Aprelin 4-də NATO-Ukrayna Şurası iclasının keçiriləcəyini bildirən Stoltenberq, “Nazir Kuleba ilə birlikdə Ukraynanın həm indiki, həm də gələcək vəziyyətini, ehtiyaclarını müzakirə edəcəyik. Biz NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çeviririk. Biz Ukraynaya tədarükdən tutmuş logistikaya qədər hər sahədə NATO standartlarına yaxınlaşmağa kömək edirik. Biz Ukraynanı alyansa yaxınlaşdırmaq üçün aparılan islahatları dəstəkləyirik. Ukrayna NATO-ya üzv olacaq. Məsələ bunun nə vaxt olacağı, üzv olub-olmayacağı deyil”, – deyib

“NATO-nun sabah Avropa Birliyi və Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyadan ibarət Hind-Sakit okean tərəfdaşları ilə görüş keçirəcəyini qeyd edən Soltenberq, “Rusiyanın Asiyada olan dostları onun müharibəni davam etdirməsi üçün həyati əhəmiyyət daşıyır. Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir. Bunun müqabilində Moskva öz gələcəyini Pekinə girov qoyur. Şimali Koreya və İran əhəmiyyətli miqdarda silah və sursat verir. Bunun müqabilində Pxenyan və Tehran öz raket və nüvə imkanlarını inkişaf etdirmək üçün Rusiya texnologiya və materiallarını alır. Bunun regional və qlobal təhlükəsizliyə təsiri var. Ona görə də həmfikir xalqlar bir yerdə olmalıdırlar”.

Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə ABŞ-ın Ukrayna siyasətinin dəyişəcəyi ilə bağlı sualları cavablandıran Stoltenberq “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil. Avropalı müttəfiqlər və Kanada hərbi dəstəyinin təxminən 50 faizini Ukraynaya göndərir. Beləliklə, bu, əslində ABŞ, Avropa müttəfiqləri və Kanadanın birgə səyidir. Amma təbii ki, ABŞ bizim ən böyük müttəfiqimizdir, ən çox hərbi dəstəyi verir. ABŞ Konqresində bu dəstəyin artırılması və ya davam etdirilməsi ilə bağlı razılığın əldə edilməməsinin də nəticələri var”, – o bildirib.

Stoltenberq xarici işlər nazirlərinin Yaxın Şərqdəki qeyri-sabitlik və terror təhlükəsinin necə həll ediləcəyi ilə bağlı da qiymətləndirmələr aparacaqlarını ifadə edərək, “Qadınlar, sülh və təhlükəsizliklə bağlı yeni siyasətdə də razılaşacağıq. Çünki biz xalqlarımızın töhfələrindən bəhrələnəndə cəmiyyətlərimiz daha güclü və təhlükəsiz olur”, – deyib.