vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
17:00 | 10 iyul 2022 | Bazar Məqaləyə 2058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın prioritet ixtisası

Xarici ölkələr İT mütəxəssisləri yetişdirib saxlamaq üçün milyonlar xərcləyir, bizdə isə ...

Etibar ƏLİYEV, millət vəkili

MÖVZU İLƏ ƏLAQƏLİ

“Facebook”, “Google”, “Amazon” kimi qlobal informasiya kompaniyaları ilə yanaşı Amerika və ərəb investisiya fondları Hindistanın informasiya sferasına yatırımlar etmək və bu ölkənin İnformasiya kompaniyaları, o cümlədən JİO Platformasıyla əməkdaşlıq etmək istəyirlər. Bütün dünyanın ən yaxşı İnformasiya Texnologiyaları (İT) mütəxəssislərinin 4-dən 3-ü hindlilərdir. Banqalor şəhərində Hindistanın İT-ixracının 38 faizi istehsal olunur. Mütəxəssislərin qənaətinə görə yaxın zamanlarda bu vadi dünya informasiya texnologiyalarının əsas mərkəzi sayılan San-Fransiskonun Silokon vadisini ötəcək. Hindistanlı gənclər hər il ölkələrinə 150 milyard dollar vəsait qazandırırlar.

Rusiya təhsil nazirliyinin məlumatına görə son 3 ildə İT mütəxəssisləri üçün dövlət hesabına ayrılan yerlər 15 min nəfər artırılıb. 2022/23-cü tədris ilində ali məktəblərə rəqəmsal iqtisadiyyat üçün 160.413 nəfər (63 ixtisasdan) Dövlət hesabına yerlər ayrılıb. Ruslar hesab edirlər ki, onlara 500.000-dən çox bu sahə üzrə mütəxəssis lazımdır. Bu ölkəni İT mütəxəssisləri kütləvi şəkildə tərk edirlər. Təkcə ötən il onların sayı 100.000 nəfərə çatıb (Arqumentı i faktı qəzeti). Bunun qarşısını almaq üçün onlara müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq edirlər.   

İsrail rəsmilərinin məlumatına görə İT mütəxəssisləri ən çox bu ölkəni tərk edirlər. Onlar da bu vacib ixtisas sahiblərini ölkədə saxlamaq üçün mexanizmlər axtarırlar. İT seqmentində işləyən cavanların əlavə vaxt itirməmələri üçün onların işini orduda alternativ xidmət səviyyəsində tuturlar. 

Əlbəttə ki, təhsil müasir dövrdə maraqlı, müəyyən mənada zamanı qabaqlayan həyati vacib məsələlərə yönəlməlidir. Buna görə bütün dünyada olduğu kimi bizdə də normal şərait yaradılarsa mütəxəssisləri ölkədə saxlamaq mümkün olacaq. 

Bəs, bizdə İT mütəxəssisləri hansı ali məktəbdə hazırlanır? Bacarıqlı müəllimlər varmı? Ölkədə neçə nəfər İT mütəxəssisi var? Neçəsi ölkəni tərk edib? Kadr hazırlığı məsələlərində rəqabət mühiti necədir? Bu peşəni seçənlərə hansı güzəştlər olunur? Mən bu cür təhlillərə rast gəlməmişəm. İT mütəxəssisləri təkcə auditoriyalarda yetişə bilməzlər. Kiçik də olsa onlar üçün VADİ  yaratmaq lazımdır. Bizimkilərin başı “STEAM-STEAM” oyunundan açılsa bu barədə düşünərlər. Əlbəttə ki, baş və istək olsa. STEAM çox maraqlı və əhəmiyyətli sinerjidir. Nə fayda, bunu da urvatsız elədilər.

Bir neçə otağa çin oyuncaqlarını yığıb dala - qabağa fırlatmaqla “innovasiyalar” adı altında  külli miqdarda vəsaiti qamarlamağın vaxtı keçəndən sonra harada qaldığımızı görəcəksiniz. Ən sürətlə dala-qabağa gedən oyuncağı Bakı Avropa liseyində gördüm. Bir neçə gün sonra isə təsadüfə həmin oyuncağın bənzərini parkda azyaşlı uşaqların oynatdığını müşahidə elədim. 

P.S. Paytaxtın mərkəzində yerləşən məktəblərdə belə internet yoxdur, kompüterlər yaman gündədir. Bunlar isə xaricə 50 nəfərin turist səfərini təşkil edib, 10 minlərlə dollar vəsaiti havaya sovururlar.