vaxtlı-vaxtında oxuyun! Bazar, 22 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MEDİA-QHT  
12:47 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oxucu mənim qəzetimi niyə almır?

Yoxsa ... niyə almalıdır?

Samir ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Çap məhsullarının, o cümlədən qəzet və jurnalların çapı, satışı və reklam üçün ƏDV-nin götürülməsi məsələsi yenidən gündəmə gəlib. Məqsəd xərcləri azaltmaq və reklam hesabına gəliri artırmaqla qəzeti ayaqda saxlamaqdır. Bu günlərdə qəzetlərdən biri bununla bağlı fikrimi öyrəndi. Açıqlamada qeyd edilən səslənən ideyaları dəstəklədiyimi bildirərək bunların ikinci dərəcəli olduğunu qeyd etdim. Təəssüf ki, səsləndirdiyim əsas səbəb ixtisara məruz qaldı. Əslində əsas səbəb qəzet sahiblərinə məlum olsa da onlar nədənsə real diaqnozu qəbul etmirlər, möcüzə yaradacaq resept axtarışını davam etdirirlər.

Əlbəttə bu məsələdə bizdən asılı və asılı olmayan səbəb var. Bizdən asılı olmayan səbəb dünyada müşahidə edilən tendensiyadır. Onlayn xəbər saytları hətta dünyanın aparıcı qəzetlərinin başağrısına çevrilib.

Bəs bizdən asılı olan səbəb? Onu aradan qaldırırıqmı?

Qəzet rəhbərləri “Oxucu mənim qəzetimi niyə almalıdır?” sualına əsaslandırılmış cavab verə bilirmi? Suala bir qədər dəyişək. Oxucu qəzeti oxuduqda ölkədə baş verən proseslər barədə OBYEKTİV məlumat ala bilirmi? Nəzərə almaq lazımdır ki, çap qəzetinin pulsuz və operativ xəbər verən “online” media kimi, hər ikisinin isə “Facebook” kimi obyektiv, senzurasız, sərbəst çıxış olan rəqibi var. Ona görə də qəzetlərin böhrandan çıxmaq reseptini mövzu və xəbər azadlığında görürəm. Oxucular ölkədə baş verənləri sosial şəbəkələrdən yox, mətbuatdan eşitməlidir. Məhz bu halda qəzetləri oxuyanları sayı arta, bununla da reklam cəlb edə bilər.

 Fikrimcə, qəzetlərdən ƏDV-nin götürülməsi problemi həll etməyəcək, hərçənd ki bunun əleyhinə deyiləm. Problem heç də təkcə onlayn mətbuatdan qaynaqlanmır. Problemin mətbuatın özündədir. Oxucu mətbuat vasitəsilə real mənzərəni görə bilmir. Bu problem aradan qalxmayınca heç bir resept mətbuatı böhrandan çıxa bilməyəcək...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *