vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
3-cü Şuşa Qlobal Media Forumunda təkbətək görüş 18:10 | 21 iyul 2025 | Bazar ertəsi Məqaləyə 128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3-cü Şuşa Qlobal Media Forumunda təkbətək görüş

“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Şuşada keçirilən 3-cü Qlobal Media Forum çərçivəsində “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş baş tutub.

“AnewZ” telekanalının aparıcısı Keyti Uilsonun (Katie Wilson) moderatorluğu ilə keçirilən görüşdə süni intellektin informasiya istehsalına təsiri, media məzmununun avtomatlaşdırılması və bu şəraitdə ictimai maraqların qorunması kimi aktual mövzulara toxunulub. Keyti Uilson qeyd edib ki, əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir.

Müzakirənin spikeri qismində çıxış edən “Euronews”un baş icraçı direktoru Klauz Struntz yeni texnologiyaların jurnalistikanın gələcəyinə təsiri, dezinformasiyanın yayılması riski və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüb. O, süni intellektin təqdim etdiyi imkanlarla yanaşı, onun doğura biləcəyi etik və hüquqi məsələlərin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Paneldə həmçinin jurnalistika peşəsinin gələcək inkişafı, ictimai etimadın qorunması və media savadlılığının artırılması baxımından beynəlxalq təcrübələr və əməkdaşlıq imkanları müzakirə olunub.