vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
APOKRİF 07:57 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 68 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

APOKRİF

Yaxud Lenin deyib ki, ...

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Kitabxanası olan və çox kitab oxuyan şəxsdən qorxmayın. O kəsdən qorxun ki, bir tək kitabı var və onu müqəddəs sayır və onu da heç vaxt oxumayıb”…

Sosial şəbəkədəki izləyicisi çox olan qruplardan birində paylaşılıb bu sitat və bu sözlərin Fridrix Nitşeyə aid olduğu qeyd edilib. Bu sitat müxtəlif platformada tez-tez qarşıma çıxdığı üçün “məsələyə yəqinlik gətirmək” istədim…

Nitşenin kitablarında, xüsusilə də “Belə dedi Zərdüşt”, “Şən elm”, “Hakimiyyətə iradə” kimi əsərlərində belə bir ifadə tapılmır. Onun üslubu daha çox ironiya, metafora və fəlsəfi paradokslarla doludur. Qəribədir ki, bu sözlər müxtəlif versiyalarda başqa müəlliflərə də aid edilib. Çox vaxt dini fanatizmə və bir tək mənbəyə kor-koranə bağlanmağa qarşı tənqid kontekstində istifadə olunur. Bəli, ifadə nə qədər Nitşevari üslubda olsa da orijinal mənbə yoxdur.

Əminliklə demək olar ki, bu ifadə apokrifdir, yəni müəllifinə yanlış aid edilən sitatdır.

Ancaq Müqəddəslik və Fanatizm barədə Fridrix Nitşenin iki sitatını burada paylaşmaq istəyirəm:

“Ən zərərli yalanlar çox vaxt müqəddəs sayılan kitablarda tapılır”…

(Qeydləri, 1880-ci illər)

“Ən təhlükəli düşmənlərimiz instinktlərimiz deyil, müqəddəslik donuna bürünmüş fanatiklərdir”…

(“Antixrist”, §9)

***

Bu sitatı paylaşan sosial şəbəkə istifadəçisi məsumdur, çünki internetdə o qədər dəqiqləşdirilməmiş kontent var ki... Hər dəfə yadıma düşəndə təbəssüm etdiyim bir sözü yəqin siz də eşidibsiz:

“Lenin deyib ki, internetdə yazılan hər şeyə inanmayın…”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)