
Zəngdən əvvəl mesaj
Hər 3 almandan 1-i telefonla danışmaqdan qorxur
Hər 3 almandan 1-i telefonla danışmaqdan qorxur
“Ekran asılılığı səbəbiylə danışa bilməyən 3 yaşlı uşaqlar var”
Tarix dəqiqləşdi – “WhatsApp” artıq hansı telefonlarda işləməyəcək?
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
... xəbərdarlığı sızdırılıb
Məşhur aktyor Zakkerberqlə xatırlanmaq istəmir
Qlobal problemin gənclərə və uşaqlara təsirinin qarşısını necə almaq olar?
Şagird və valideynlər Avropa məktəblərindəki yeni qaydaları “köhnəlik” adlandırır
Uşaqların mobil telefon və sosial şəbəkələrdən istifadəsi ölkə boyu müzakirə olunur
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
İstifadəçilər səs problemlərinə görə oyana bilmədiklərini deyirlər
Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
Gözü özgəsində olanın sözü də özgəsinin olar... - ll yazı
«Polad kimi möhkəm» «8 Sirocco» və «nostalji hissi oyadan» «Matrix 8110» təqdim olunub
Təqdimat Las-Veqasda baş tutacaq
Tədqiqatçılar deyirlər ki, smartfonu iş yerində qadağan etmək diqqətsizliyi dayandırmaq üçün kifayət qədər yaxşı strategiya olmaya bilər.
Smartfonlara girişin məhdudlaşdırılması istifadəni azalda bilsə də, bu yaxınlarda aparılan bir araşdırma, iştirakçıların sadəcə olaraq diqqətlərini başqa cihaza çevirdiklərini göstərdi.
“Bu araşdırma göstərir ki, smartfonu kənara qoymaq fasilələri və ya diqqəti artırmaq üçün kifayət olmaya bilər”, – London İqtisadiyyat Məktəbində tədqiqatçısı Maksi Heytmayer bildirib.
“Problem cihazın özündə deyil, cihazlarımızla inkişaf etdirdiyimiz vərdişlərdə və rutinlərdədir”, – Heitmayer “Frontiers in Computer Science” akademik jurnalında dərc olunan tədqiqatında yazıb.
Bu kiçik təcrübədə Londonda yaşayan, işləyən və ya təhsil alan 22 iştirakçı iştirak edib. Onların əksəriyyəti 22-31 yaş arasında olan qadınlar olub.
İştirakçılardan iki gün ərzində xüsusi, səs keçirməyən otaqda işləmələri və adətən iş üçün istifadə etdikləri cihazları gətirmələri istənilib. Qeyd edək ki, onlar bildiriş parametrlərində heç bir dəyişiklik etməyiblər.
Təcrübələrin birində telefonlar birbaşa iştirakçıların masalarına yerləşdirilib. Digərində isə telefon təqribən 1,5 metr aralıda ayrıca stolun üzərinə qoyulub. Telefon daha uzaqda olanda tədqiqatçılar onun daha az istifadə edildiyini, lakin diqqətin daha yaxın olan noutbuka yönəldiyini aşkar etdilər.
“Naviqasiya sistemi, zəngli saat, musiqi pleyeri sizin əyləncə vasitəniz və yaxınlarınızla, işinizlə əlaqəniz və məlumat mənbəyinizdir. Təəccüblü deyil ki, insanlar bütün bunları edən texnikaya meyl edirlər”, – Heitmayer deyib.
Bu, aydın məqsədiniz olmasa belə, sosial media hesablarınızın bunu təmin etdiyini və əyləncə əldə edəcəyinizi bilirsiniz.
İşin kəsilməməsi üçün insanların edə biləcəyi şeylər var. Onlar bildirişlərinin müəyyən vaxtlarda gəlməsini təyin edə və telefonlarını səssiz rejimə qoya bilərlər.
Bununla belə, xüsusən də sosial media platformaları aludəçiliynə görə telefonun cəlbediciliyi kifayət qədər yüksəkdir. “Reviews.org”un 2023-cü ildə apardığı araşdırmaya görə, amerikalıların 40 faizindən çoxu telefonlardan asılılığını etiraf edir.
“Telefonlarımızdan istifadə edərkən hər birimizin mübarizə apardığı bir döyüş var ki, bu ədalətli deyil”, – Heitmayer bildirib.
Telefonların içərisində ən çox diqqət çəkən şeylər, onlardan istifadə etmək istəyimizə qarşı dura bilməməyimizdən böyük qazanc əldə edən böyük şirkətlər tərəfindən hazırlanır. Bütün bunlar sözün əsl mənasında məqsədyönlü şəkildə edilir.