vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 9 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, NƏQLİYYAT  
Gərginlik və yanacaq qiymətləri gəliri düşürür 10:46 | 9 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 21 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gərginlik və yanacaq qiymətləri gəliri düşürür

Hava yolu şirkətləri 2026-da daha çox sərnişin daşıyacaq, mənfəət isə iki dəfə azalacaq

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (“İnternational Air Transport Association” – İATA) 2026-cı il proqnozuna görə, qlobal hava səyahətinə tələbat artmaqda davam edəcək, lakin artan xərclər sektorun gəlirliliyini ciddi şəkildə zəiflədəcək.

VAXT.AZ xəbər verir ki, İATA-nın açıqlamasına əsasən, 2026-cı ildə hava yolu şirkətlərinin ümumilikdə təxminən 5,1 milyard sərnişin daşıması gözlənilir. Bu göstərici 2025-ci ildəki 4,98 milyard sərnişinlə müqayisədə 2,4 faiz artım deməkdir.

Sektor üzrə müsbət tələbat dinamikasına baxmayaraq, maliyyə nəticələrinin zəifləyəcəyi proqnozlaşdırılır. İATA-nın hesabatına görə, hava yolu şirkətlərinin ümumi xalis mənfəəti 2025-ci ildə 45 milyard dollar səviyyəsində olduğu halda, 2026-cı ildə 23 milyard dollara düşəcək. Bu isə təxminən iki dəfə azalma deməkdir.

Xalis mənfəət marjasının da 4,2-dən 2 faizə enəcəyi, sərnişin başına düşən orta gəlirin isə 9 dollardan 4,5 dollara qədər azalacağı bildirilir.

İATA-nın baş direktoru Villi Uolş bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr və bunun nəticəsində artan təyyarə yanacağı qiymətləri hava yolu sektoruna əlavə təzyiq yaradır.

Artan xərclərə baxmayaraq, sərnişinlərin səyahət tələbinin yüksək səviyyədə qalması sektorun böyüməsini dəstəkləyir.

Proqnoza əsasən, 2026-cı ildə ən yüksək mənfəət marjasına Avropa hava yolu şirkətlərinin sahib olacağı gözlənilir. Avropa şirkətləri üçün bu göstərici 3,1 faiz səviyyəsində proqnozlaşdırılır.

Şimali Amerika 2,5, Asiya-Sakit okean bölgəsi isə 2,1 faiz ilə Avropanı izləyir.

Hesabata görə, Yaxın Şərqdə fəaliyyət göstərən aviaşirkətlər 2025-ci ildə yüksək mənfəət marjasına sahib olsalar da, 2026-cı ildə ciddi azalma ilə üzləşə bilərlər. Regionda bəzi şirkətlərin mənfəət marjasının mənfi zonaya düşə biləcəyi qeyd olunur.

İATA-nın hesablamalarına görə, artan xərclərə baxmayaraq qlobal hava yolu gəlirlərinin 2026-cı ildə 1,165 trilyon dollara çatacağı gözlənilir. Buna baxmayaraq, yanacaq qiymətləri və geosiyasi risklər sektorun gəlirliliyini məhdudlaşdıran əsas amillər olaraq qalır.