Hasil edilən qazın yarısı ixrac edilib
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
17:08 | 28 may 2026 | Cümə axşamı
Məqaləyə 33 dəfə baxılıb
Şriftin ölçüsü
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
Avropada kimyəvi qaz həyəcanı
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub
2 milyard kubmetr qaza qənaət deməkdir
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
Maye qaz istehsal gücünün 10 il ərzində 950 milyon tona çatacağı təxmin edilir
... və “F16”lar Azərbaycanın müdafiəsində
ƏDV 4 dəfə artırılır
Neft şirkəti “Union Energy” ilə müqavilə imzalayıb
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
Rusiya gəmilərin adını və qyeydiyyatını dəyişib qaz satmağa davam edirdəyişib
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
“ExxonMobil”in qazdığı bütün quyular kor imiş
Britaniyanın enerji nəhəngi BP Azərbaycanın Xəzərdə yerləşən “Babək” qaz yatağının operatoru olmağa hazırlaşır.
Vaxt.az “Reuters”ə istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, iyunun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında razılaşmanın rəsmi şəkildə elan olunacağı gözlənilir. Hazırda “Babək” yatağı SOCAR-ın rəhbərlik etdiyi vahid strukturun tərkibində olsa da, yeni sazişdən sonra layihə ayrıca idarə olunacaq və operatorluq BP-yə veriləcək.
“Reuters” yazır ki, “Babək” yatağında təxminən 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat ehtiyatı olduğu ehtimal olunur. Bu göstəricilər yatağı Azərbaycanın ən böyük perspektivli qaz layihələrindən birinə çevirir.
BP və SOCAR hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, analitiklər hesab edirlər ki, layihənin BP-yə verilməsi təsadüfi qərar deyil. Şirkət artıq uzun illərdir Azərbaycanın əsas enerji layihələrinin operatorudur və ölkənin neft-qaz sektorunda dominant xarici investor sayılır.
Hazırda BP “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, “Şahdəniz” qaz yatağının, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin əsas operatorudur.
Ekspertlərin fikrincə, “Babək” layihəsinin ayrıca struktur kimi ayrılması Azərbaycanın qaz ixrac imkanlarını artırmaq strategiyasının tərkib hissəsidir. Son illərdə Avropa Birliyi Rusiya qazından asılılığı azaltmağa çalışdığı üçün Azərbaycan Qərb üçün mühüm alternativ enerji mənbələrindən birinə çevrilib.
Xüsusilə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi planları fonunda Bakı əlavə qaz ehtiyatlarının işlənməsinə ehtiyac duyur. “Babək” yatağı da məhz bu məqsədlə gələcək ixrac bazası kimi nəzərdən keçirilir.
Enerji bazarı üzrə analitiklər hesab edirlər ki, layihənin BP-yə verilməsi xarici investorlar üçün də mühüm siqnaldır. Çünki bu addım Azərbaycanın uzunmüddətli enerji əməkdaşlığında Qərb şirkətlərinə prioritet verməyə davam etdiyini göstərir.
“Babək” yatağı uzun illərdir perspektiv yataq kimi tanınsa da, indiyədək onun ayrıca beynəlxalq layihə kimi inkişaf etdirilməsi ilə bağlı rəsmi qərar açıqlanmamışdı. “Reuters”in məlumatı təsdiqlənərsə, bu, son illərdə Azərbaycanın enerji sektorunda ən mühüm yeni layihələrdən biri hesab oluna bilər.