Putinin əcdadları araşdırılır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
09:01 | 2 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Rusiyanın yüksəkvəzifəli maliyyə rəsmilərinin Prezident Vladimir Putinə Ukraynadakı müharibənin maliyyə yükünün təhlükəli həddə çatdığı barədə xəbərdarlıq etdiyi iddia olunur.
VAXT.AZ xəbər verir ki, “Bloomberg” agentliyinin hökumətə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələri Kremlə bildiriblər ki, müdafiə xərclərinin hazırkı səviyyədə saxlanılması dövlət büdcəsi kəsirinin sürətlə artmasına səbəb olur.
Məlumata əsasən, son aylarda ölkə iqtisadiyyatının və büdcəsinin vəziyyətindən narahatlıq artıb. Bu səbəbdən bəzi rəsmilər müdafiə xərclərinin azaldılması ilə bağlı təkliflər irəli sürüblər. Onların fikrincə, əlavə səmərəlilik tədbirləri görülmədən dövlət maliyyəsinin sabitləşdirilməsi çətin olacaq.
Mənbələrin sözlərinə görə, Putin isə Maliyyə Nazirliyinə müdafiə büdcəsinə toxunmazdan əvvəl digər sahələrdə qənaət imkanlarının araşdırılmasını tapşırıb.
Rusiya hökumətinə yaxın iki mənbə bildirib ki, Müdafiə Nazirliyi mümkün ixtisarlara qarşı çıxır və əksinə, əlavə vəsait ayrılmasını tələb edir. Bildirilir ki, bu il yaranmış təxminən 3 trilyon rubl (36 milyard dollar) həcmində hərbi maliyyə boşluğunu bağlamaq üçün müdafiə xərclərinin daha da artırılması lazım gələ bilər.
Məlumata görə, Kreml rəhbərliyi ötən ildən etibarən büdcə üzərində artan təzyiqlərdən xəbərdardır. Buna görə də maliyyə problemləri hakimiyyət üçün gözlənilməz hesab edilmir.
2026-cı il dövlət büdcəsinin hazırlanması zamanı rəsmilər müdafiə sektoru üçün ilin ikinci yarısında əlavə 1,2-1,5 trilyon rubl (17-18 milyard dollar) məbləğində maliyyə çatışmazlığının yarana biləcəyini proqnozlaşdırıblar.
Rusiyanın maliyyə naziri Anton Siluanov mayın 27-də “Kommersant” qəzetinə müsahibəsində dövlət xərclərinin müəyyən dərəcədə məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. O, müdafiə sahəsi və hökumətin sosial öhdəliklərinin əsas prioritet olaraq qaldığını bildirib.
“Rezervlər sonsuz deyil. Dünyada bu qədər böyükmiqyaslı dəyişikliklərin baş verdiyi şəraitdə maliyyə zəifliyi yolverilməzdir. Büdcə xərclərinin səmərəliliyini artırmalıyıq”, – Siluanov qeyd edib.