vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
Putinin əcdadları araşdırılır 09:16 | 1 iyun 2026 | Bazar ertəsi Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin əcdadları araşdırılır

Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır

ELTON, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Rusiya Dövlət Humanitar Universiteti (RDHU) prezident Vladimir Putinin əcdadlarının tarixini araşdıracaq elmi işçi vəzifəsi üçün vakansiya elan e

VAXT.AZ “Meduza”ya istinadən xəbər verir ki, vakansiya aprelin 23-də elmi işçilərin vəzifələrə müsabiqə yolu ilə seçilməsi üzrə vahid sistemdə və universitetin rəsmi saytında yerləşdirilib.

Elmi əməkdaşın üzərinə “İslahatlardan sonrakı Rusiyada (1861–1917) Putinlər nəslinin üzvlərinin kollektiv bioqrafiyası: əkinçilikdən kiçik şəhər sahibkarlığına keçid” mövzusunda tədqiqat aparmaq vəzifəsi qoyulub.

Vakansiyada göstərilir ki, seçiləcək şəxsə aylıq 81 min 990 rubl (təxminən 1400 manat) əməkhaqqı və illik məzuniyyət veriləcək. Əlavə müavinət və ya güzəştlər nəzərdə tutulmur. Müraciətlərin qəbulu iyunun 10-dək davam edəcək.

Rusiya mediasının diqqət çəkdiyi digər məqam isə dövlət agentliyi TASS-ın yaxın günlərdə 1879-cu ilə aid metrik kitab qeydlərini dərc etməsi olub. Həmin sənədə əsasən, Putinin babası Spiridon İvanoviç kəndli təbəqəsinə mənsub olub və Tver vilayəti yaxınlığındakı Dudino kəndinin kilsəsində xaç suyuna salınıb.

Bu məlumat əvvəllər Putinin səsləndirdiyi bəzi açıqlamalarla ziddiyyət təşkil edir. Rusiya prezidenti daha əvvəl babasının Sankt-Peterburqda doğulduğunu və aşpaz işlədiyini bildirmişdi.

Məlumata görə, Putinin əcdadları haqqında məlumatların yenidən yoxlanılması təşəbbüsü “Rosatom”un əməkdaşı Aleksandr Lyubavin tərəfindən irəli sürülüb.