vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 2 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
Fransada minimum əməkhaqqı narazılığı 09:13 | 2 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada minimum əməkhaqqı narazılığı

Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada minimum əməkhaqqı (SMIC) iyunun 1-dən etibarən 2,41 faiz artırılıb. Qərar yüksək inflyasiya fonunda qanunvericilikdə nəzərdə tutulan avtomatik indeksasiya mexanizmi çərçivəsində qəbul edilib.

VAXT.AZ “Le Monde”yə istinadən xəbər verir ki, yeni tarifə əsasən, ölkədə minimum saatbaşı əməkhaqqı 12,02 avrodan 12,31 avroya yüksəlib. Aylıq minimum əməkhaqqı isə 1823 avrodan 1867 avroya çatıb. Vergilər çıxıldıqdan sonra işçilərin aylıq gəliri təxminən 1 478 avro təşkil edəcək.

Fransa hökuməti bildirir ki, artım enerji qiymətlərinin yüksəlməsi və inflyasiyanın 2 faizlik həddi aşması səbəbindən avtomatik şəkildə tətbiq olunub. Aprel ayında ölkədə illik inflyasiya 2,2 faiz qeydə alınıb.

Fransada minimum əməkhaqqı hər il yanvarın 1-də yenilənir. Lakin inflyasiya il ərzində 2 faizi keçdikdə əlavə indeksasiya tətbiq edilir.

Qanun hökumətə minimum əməkhaqqına əlavə artım vermək imkanı yaratsa da, bu dəfə belə qərar qəbul edilməyib. Sonuncu əlavə artım 2012-ci ildə, sabiq prezident Fransua Olland dövründə həyata keçirilmişdi.

Minimum əməkhaqqının artırılması həmkarlar ittifaqları arasında birmənalı qarşılanmayıb.

Fransanın ən böyük həmkarlar ittifaqı birliklərindən biri olan Ümumi Əmək Konfederasiyası (CGT) hesab edir ki, minimum əməkhaqqına edilən artım işçilərin rifahını yaxşılaşdırmır və yalnız mövcud alıcılıq qabiliyyətinin qorunmasına xidmət edir.

Marilis Leon isə özəl və dövlət sektorunda əməkhaqqı danışıqlarının yenidən başlanmasını tələb edib.

Fransa Əmək Nazirliyinin məlumatına görə, ölkədə kollektiv müqavilələrlə tənzimlənən sahələrin təxminən 70 faizində başlanğıc maaşlar yeni minimum əməkhaqqı səviyyəsindən aşağıdır.

İqtisadçılar bildirirlər ki, minimum əməkhaqqının müntəzəm artırılması bir çox sektorda maaş fərqlərinin azalmasına səbəb olur. Bu isə son aylarda Fransada geniş müzakirə olunan “ölkənin minimum maaşlılar ölkəsinə çevrilməsi” barədə iddiaları yenidən gündəmə gətirib.