vaxtlı-vaxtında oxuyun! Bazar, 2 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
“Birdən uşaq yesəydi?” 10:28 | 2 noyabr 2025 | Bazar Məqaləyə 296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Birdən uşaq yesəydi?”

Fransada çörəyin içindən çıxan qorxutdu

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın Marsel şəhərində baş verən qəribə hadisə həm alıcıları, həm də səhiyyə və istehlak orqanlarını təəccübləndirib. Mama adlı bir qadın hər zamankı kimi aldığı qozlu çörəyi səhər yeməyində yeyərkən ağzında bərk bir şey hiss edib və təlaşa düşüb: “Əvvəlcə elə bildim ki, protezimi sındırdım. Amma diqqətlə baxanda bunun qoz yox, diş olduğunu gördüm”.

Mama çörəyi və qablaşdırmasını dərhal zibilə atdığını, lakin yaşadığı şokdan uzun müddət sonra da özünə gələ bilmədiyini bildirib: “O qədər qorxdum ki, əllərim titrəyirdi. O çörəyə bir daha toxunmadım”.

Qadının oğlu həmin parçanı görəndə “Bu, siçan dişinə bənzəyir” deyib və ailə böyük narahatlıq yaşayıb. Mama o vaxtdan bəri aldığı hər çörəyi kəsərək diqqətlə yoxladığını deyir: “İndi hər çörəyi dilimləyib içini nəzarətdən keçirirəm. Yaşlılara alış-veriş edəndə də bütün çörəkləri bir-bir yoxlayıram”.

Hadisədən sonra Mama şirkətə qarşı rəsmi şikayət ərizəsi təqdim edib: “Bir uşaq bu çörəyi yesəydi nə olardı, təsəvvür belə etmək istəmirəm”.

Hadisə ilə bağlı Fransanın qida təhlükəsizliyi qurumlarının araşdırma başladığı bildirilir.