vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
İZDİHAM  
Kəmərsıxma etirazları böyüyür 11:26 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəmərsıxma etirazları böyüyür

Belçikada on minlərlə insan küçə nümayişlərinə çıxdı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Belçika həmkarlar ittifaqlarının kəmərsıxma tədbirlərinə qarşı milli tətil çağırışına qoşulan minlərlə insan Brüssel küçələrində etiraz aksiyası keçirdi. Belçika polisi aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə etdi.

Vaxt.AZ yerli mətbuata istinadən xəbər verir ki, Belçikanın üç böyük həmkarlar ittifaqı Baş nazir Bart De Veverin təqaüd və səhiyyə sistemləri büdcələrində ixtisarlar planlarına qarşı etiraz aksiyası və ölkə üzrə tətil tədbirləri təşkil etdi.

De Vever Belçikanın iqtisadi problemlərinin öhdəsindən gəlmək üçün dövlət xərclərində ciddi kəsintilər edəcəyinə söz vermişdi.

Brüsseldə şəhər mərkəzində polis ilə nümayişçilər arasında kiçik miqyaslı toqquşmalar baş verdi. Bəzi etirazçılar baraban və şeypur çalaraq sosial yardım proqramlarında ediləcək kəsintilərə qarşı şüarlar səsləndirdi.

Rəsmi şəxslər olaylar böyüməzdən əvvəl bəzi şəxslərin zorla avtobuslara mindirilərək ərazidən uzaqlaşdırıldığını bildirdi.

Təşkilatçılar iştirakçı sayını 150 mindən çox kimi qiymətləndirsə də, polis sayın aksiyaya qoşulanların 80 min olduğunu açıqladı.