vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
KRİMİNAL, CİNAYƏT  
“Kasıb narkotikası” təlaşı 11:59 | 25 iyul 2025 | Cümə Məqaləyə 768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kasıb narkotikası” təlaşı

Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikada sinir ağrıları, epilepsiya və ümumi təşviş pozuntularının (anksiyete) müalicəsində istifadə olunan “pregabalin” adlı dərman ölkənin narkotik xəritəsinə yeni bir problem kimi daxil olub. Əczaçılıqda “Lyrica” adı ilə satılan bu preparatın qeyri-qanuni istifadəsi son iki ildə ciddi artım göstərib.

Vaxt.az-ın məlumatına görə, ucuz olmasına görə “kasıb narkotikası” adlandırılan “pregabalin”, artıq təkcə tibbi məqsədlərlə deyil, alkoqol, opioid və digər psixoaktiv maddələrlə birlikdə “əyləncə məqsədilə” qəbul olunur. Belçika Federal Səhiyyə naziri Frank Vandenbruk, dərmanın getdikcə daha çox insan tərəfindən süni xoşbəxtlik (eyforiya) hissi yaratmaq üçün istifadə olunduğunu bildirib.

 

Əlçatan qiymət, təhlükəli nəticələr

 

Qeyri-qanuni bazarda 150 və ya 300 milliqramlıq “pregabalin” həbləri 1 ilə 5 avro arasında satılır. Bu isə kokain kimi bahalı maddələrlə müqayisədə “pregabalin”i daha əlçatan və cazibədar edir.

Belçikanın hüquq-mühafizə orqanları tərəfindən təqdim olunan məlumatlara əsasən, 2020-ci ildə cəmi bir hadisədə 480 həb müsadirə olunubsa, bu rəqəm 2024-cü ildə artıq 51 hadisə üzrə 180 mini keçib.

Müsadirə statistikası belədir:

2020 – 1 hadisə, 480 həb

2021 – 2 hadisə, 460 həb

2022 – Rəsmi qeyd yoxdur

2023 – 12 hadisə, 372.716 həb

2024 – 51 hadisə, 180.394 həb

Bu rəqəmlər “pregabalin”in Belçikada nə qədər sürətlə yayılmağa başladığını və yeni bir ictimai sağlamlıq problemi yaratdığını göstərir.

Mütəxəssislər, bu dərmanın qeyri-qanuni dövriyyəsinin və əyləncə məqsədilə istifadəsinin ciddi nəzarətə alınmalı olduğunu bildirirlər. Bu cür dərmanların sürətlə narkotik vasitələrə alternativ kimi yayılması Avropada sosial təbəqələr arasında yeni risk seqmentləri yaradır.