
Qorxulu rəqəmlər...
Avropa ölkəsində minlərlə insan narkotikdən ölür
Avropa ölkəsində minlərlə insan narkotikdən ölür
Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
Narkotiklərdən istifadə bütün dünyada rekord həddə çatıb
On minlərlə insan narkotikin təsiri altında sükan arxasında yola çıxıb
Toy maşını avtomat silahlardan çarpaz atəşə tutuldu, gəlin öldü, bəy ağır yaralıdır
Hollandiyada “Haribo” konfetindən qurbanları artır
Tərkibində narkotik olan konfet skandalı bitmir
Hollandiyadan sonra Belçika və Lüksemburqda marixuanalı konfetləri geri aytarıb
“Carrefour”un “Chips Sticks Paprika Flavored” məhsulu geri çağırıldı
Narkobaronun vəkili hakimliyə namizəd olur
Fransalı nazir nağd pulu tamamilə ləğv etmək istəyir
Bir neçə ağır cinayətdə ittiham olunan “Diddy”nin məhkəməsində şok etiraf
Avropa kokain mərkəzinə çevrilir, ağ ölüm Türkiyədə də yayılır
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Hollandiyada nəhəng narkotik əməliyyatı
Almaniya polisi 7 nəfərdən ibarət şəbəkənin 7 min nəfərlik müştəri siyahısını tapıb
Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bu gün “Haribo” markasına aid konfet növündə marixuana aşkarlandığını və geri çağırılmaya başlanıldığını açıqlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
“NVWA”, bir neçə insanın bu konfetləri istehlak etdikdən sonra özünü pis hiss etdiyini və hadisənin bir ailənin şikayətlərlə bağlı vəziyyəti polisə bildirməsindən sonra üzə çıxdığını bildirdi.
***
Sözügedən məhsul kilo paketlərində satılan və yararlılıq müddəti 2026-cı ilin yanvarında olan “Happy Cola F!ZZ” adlı partiyadandır. Geri çağırma yalnız istehsal kodu L341-4002307906 olan paketlərə aiddir.
“Haribo” şirkəti dünən xəbərdarlıq edib ki, bu məhsullar istehlak edilərsə, “başgicəllənmə kimi sağlamlıq problemlərinə” səbəb ola bilər. Problemin mənbəyinin hələlik məlum olmadığı, lakin ehtiyat tədbirləri kimi məhsulun geri çağırılmasına başlanıldığı və müvafiq qurumların prosesə cəlb edildiyi bildirilib.
***
Nə qədər konfetin içərisində marixuana olduğu hələlik məlum deyil. “Haribo” ehtiyat tədbiri olaraq bütün əlaqəli partiyaları geri çağırır. Marixuananın konfetin içinə necə girdiyi hələ də aydın deyil. Bəziləri maddənin qəsdən əlavə olunduğundan şübhələnsə də, bu iddialar hazırda yalnız araşdırma mövzusudur.
“Haribo” bu məhsulu alanların konfeti mağazaya deyil, birbaşa şirkətə göndərməsini istəyir. İndiyədək neçə paketin satıldığı və nə qədər insanın şikayət etdiyi barədə rəsmi məlumat hələ paylaşılmayıb.