Alimlərdən “Wi-Fi” xəbərdarlığı
Evinizdəki ruterlər sizin xəbəriniz olmadan casusluq edə bilər
17:19 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 8 dəfə baxılıb
Şriftin ölçüsü
Evinizdəki ruterlər sizin xəbəriniz olmadan casusluq edə bilər
Heyrətamiz internet vərdişi
İctimai şüur naftalin qoxulu kabinetlərdə yox, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır
Biz hələ ...
İnternet kəsilməsi, səbəb tapılmadı
Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi?
17,5 il avtomobil sürmək qadağası, 25 min avro zərimə, sürücülük imtahanı və s...
Mütəxəssislər həddindən artıq ekran vaxtının zehnimizə təsirini qiymətləndirirlər
Avropa ölkəsində uşaqlarını videolarda çəkən sosial media fenomenləri cəzalandırılacaq
Arıqlama kursları satan fenomenin dərmandan istifadə etdiyi üzə çıxıb
Sevgilisi gənc qadına canlı yayım zamanı 9 bıçaq zərbəsi vurub
“İllərdir şirkətlər istifadəçi məlumatlarını ədalətsiz şəkildə toplayır”
Hər üç almandan biri internetdən alış-veriş edərkən aldadılır
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
Məqsəd – düşünənləri deyil, izləyənləri artırmaqdır
.. Avropada isə milyonlarla insan internetdən istifadə etmir
Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim edilib. Layihəyə görə, dövlət tərəfindən müəyyən ediləcək sosial şəbəkə platformalarında 16 yaşadək uşaqlar üçün hesab açılması qadağan olunur. Qanun qüvvəyə mindikdən sonra mövcud hesablar da yoxlanılacaq və yaş təsdiqlənmədiyi halda həmin hesablar silinəcək.
16-18 yaş arası istifadəçilər üçün isə ayrıca rejim nəzərdə tutulur. Bu yaş qrupunda valideyn razılığı, valideyn nəzarəti, xüsusi təhlükəsizlik tədbirləri, məzmun və reklam məhdudiyyətləri, geolokasiyanın məhdudlaşdırılmas tətbiq ediləcək.
Qanunun təsir dairəsinə əsasən “Instagram”, “Facebook”, “TikTok”, “X”, “Snapchat” və digər oxşar sosial şəbəkələr daxil olacaq.
Həmin platformaların Azərbaycanda nümayəndəlik və ya filial açması da tələb olunur. Tələblərə əməl etməyən platformalar üçün 100 min və 300 min manatlıq maliyyə sanksiyaları və bloklanma kimi tədbirlər nəzərdə tutulur.
Əslində bu mövzu dünyada yeni deyil.
Son 15-20 ildə bir çox inkişaf etmiş ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif yanaşmalar müzakirə və tətbiq olunub. Avstraliya, Fransa, Böyük Britaniya və bir sıra Avropa ölkələri bu istiqamətdə fərqli modellər tətbiq edir və ya müzakirələr aparırlar.
Maraqlıdır ki, beynəlxalq müzakirələrdə əsas konsensus daha çox 13 yaşadək uşaqların qorunması ətrafında formalaşıb. Ən çox mübahisə doğuran məsələ isə məhz 16-18 yaş qrupudur.
Çünki bu gün Azərbaycanda da 17 yaşlı gənclər arasında hətta Aİ ilə biznes quranlar, proqramlaşdırma ilə məşğul olanlar, startap yaradanlar və pul qazananlar, beynəlxalq olimpiadalarda, hakatonlarda və qlobal layihələrdə iştirak edənlər az deyil.
Bir çox hallarda onların rəqəmsal bacarıqları valideynlərindən daha yüksəkdir.
İndi sual yaranır: bu gənclər sosial şəbəkələrə valideyn razılığı iləmi daxil olacaqlar?
Onların istifadə vaxtına və məzmun seçiminə valideyn nəzarəti necə tətbiq ediləcək? Bu yanaşma onların rəqəmsal inkişafını və beynəlxalq rəqabət imkanlarını məhdudlaşdırmayacaqmı? Məhdudiyyətlərlə üzləşən bizim 16-18 yaşlı gənclərimiz daha sərbəst rəqəmsal mühitdə böyüyən xarici həmyaşıdları ilə eyni səviyyədə rəqabət apara biləcəklərmi?
Əlbəttə, qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır.
Lakin müasir dövrün reallıqları, rəqəmsal iqtisadiyyatın tələbləri, ölkələrin rəqabətə davamlılığı və gənclərin inkişafı da nəzərə alınmalıdır.
Məncə, 13 yaşadək uşaqlara münasibətdə daha sərt məhdudiyyətlər əsaslandırılmış görünür. 13-15 yaş qrupu üçün daha yumşaq və mərhələli yanaşma tətbiq oluna bilər.
Ən çox müzakirəyə ehtiyac olan hissə isə məhz 16-18 yaş qrupudur.
Burada həm qanunun işləkliyi, bu yaş qrupuna daxil olanların rəqəmsal müstəqilliyi, həm VPN və digər texniki vasitələrlə məhdudiyyətlərin aşılması, həm də valideynlərdən daha yüksək rəqəmsal savada malik gənclərə bu nəzarətin necə tətbiq ediləcəyi suallar doğurur.
Digər tərəfdən, qlobal platformaların Azərbaycanda nümayəndəlik açmaqda nə dərəcədə maraqlı olacağı və yaş yoxlamasının praktikada necə işləyəcəyi də açıq qalan məsələlərdir.
Düşünürəm ki, ictimai müzakirələr zamanı xüsusilə 16-18 yaş qrupu ilə bağlı müddəalar daha dərindən təhlil edilməli, uşaqların təhlükəsizliyi ilə onların rəqəmsal inkişafı arasında optimal balans tapılmalıdır.