
“Amazon” fırıldaqçıları iş başında...
Əsli ilə heç bir fərqi olmayan yüzlərlə sayt bağlanıb
Əsli ilə heç bir fərqi olmayan yüzlərlə sayt bağlanıb
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
“Bendels işi” simvola çevrilir: “Hüquqi sanksiyalar etirazlar doğurur”
“LA Times”da dərc olunan müəllif yazısı başqa məqalə ilə süni intellekt tərəfindən şərh edilib
Çap mediası oxucuya saytda tapmadığı kontenti təqdim etməyin üsulunu tapmalıdır
Amma dəyər yarada bilmirik
Dizaynerlər və qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
Mətbuat günü cəmiyyətdən gələn siqnal
Ayaqları çap mətbuatından, həm də “online” mediadan kəsilənlər
Yoxsa ... niyə almalıdır?
... 13 mindən çox sayt bağlandı
Baş redaktorların müxtəlif planları var
Prezidentdən daha bir sərəncam
“Onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil”. Bu cümləni “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev “Facebook” profilində yazıb.
Əslində, cümlə yox, simptomdur. Dərin, təlaşlı, hətta ümidsiz bir diaqnoz. Onlayn mediamızın vəziyyətini o şəxs təftiş edərək şikayətlənir ki, özünü media gerçəkliyinin hakimi saysa da, fərdi eqosunda qalıb.
Bu cümlə təhlil yox, şüurun darlığı, zamanın gücünü anlamamaqdır.
Alqış Musayev bu cümləni mütəxəssis, nüfuzlu media bilicisi kimi yazıb. Halbuki o, xalqla, cəmiyyətin hücrəsi olan vətəndaşla əlaqəni itirən, gerçəyi tam qəbul etməyən əyyami-qədim şüurun dəfn sədalarını eşitmək istəmir.
Dərk etmək istəmir ki, onlayn media “ənənəvi” deyilən, yeniliklərə və çağdaşlığa uyğunlaşa bilməyən arxiv düşüncəsindən fərqli olaraq canlıdır. Mütəhərrikdir, maraqlıdır, yaşayır, nəfəs alır.
Onlayn medianı göstərişlə, məcburiyyətlə yox, seçərək oxuyurlar.
Seçim məsələsidir, cənab Musayev. Gerçək ictimai şüur naftalin qoxulu kabinetlərdə yox, onlayn-mediada, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır.
Alqış Musayev yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır.
Çünki bu cümlə sadə bir fikir yox, bilaəks, könüllü diaqnozdur. Və təəssüf ki, diaqnoz onlayn mediaya yox, elə bu sözlərin müəllifinə aiddir.
Bu, zamanın ruhunu anlamamaq kimi xroniki bir haldır.
Bu sözləri kim deyir? Ölkədə oxucu auditoriyası faktiki olaraq minimum səviyyəli qəzetin.
Həm də elə bir qəzetin ki, onu nə sosial şəbəkələrdə kütləvi şəkildə paylaşırlar, nə də ciddi ictimai diskussiyalarda istinad edirlər. Bu şəxs onlayn medianın təsir gücünü müzakirə etmək istəyir?!
Bugünkü media artıq kağızda dərc olunan, rəsmi xronika ilə dolu arxiv sənədi deyil. Bu gün onlayn media – xalqın döyünən nəbzi, səslənən ritmidir. Onlayn media – xalqın təpəridir, əsəbləridir, reaksiyasıdır. Bu, dövrün gedişini müəyyən edən gücdür.
Azərbaycanın onlayn mediası təkcə ölkədaxili ictimai-siyasi proseslərə deyil, beynəlxalq mövzulara da dərhal reaksiya verir, ölkənin düşmənlərinə cavab verir, xalqın səsini dünyaya çatdırır.
Onlayn medianın bir paylaşımı minlərlə insanın düşüncəsini dəyişə, cəmiyyəti silkələyə bilər. Tək bir video gecə ilə 300 min baxış toplaya bilir. Onlayn mediamızda bir videomüsahibə, bir yazı bəzən bir qəzetin illərlə demədiyi həqiqəti bir cümlədə deyir.
Alqış Musayev deyir: “Onlayn media hadisəni ictimai fikrə çevirə bilmir.” Sual verirəm: siz nə zaman belə bir hadisəni ictimai şüura çevirmisiniz? Haradadır o yazılarınız ki, cəmiyyət onlardan iqtibas gətirsin? Haradadır elə bir məqaləniz ki, onun ətrafında ciddi müzakirələr getsin, nəinki “Facebook”da bir-iki bəyənmə, həqiqətən rezonans doğursun?
Nə siz, nə də rəhbəri olduğunuz qəzet belə bir nüfuz qazana bilməmisiniz. Sadəcə rəsmi məlumatları tirajlayaraq cəmiyyətin şüuruna təsir etmək mümkün deyil. Sizin qəzet sadəcə formal olaraq mövcuddur. Oxunan, dinlənilən, təsir edən — məhz onlayn mediamızdır.
Yazırsımız: “Milli şüur”. Amma milli şüur yalnız afişa tipli başlıqlarla formalaşmır. Milli şüur xalqın dərdidir, ağrısıdır, sevinci və qəzəbidir. Bu gün həmin şüuru ifadə edənlər əllərində dizüstü kompüterlə, evindən, küçədən, sadə xalqın içindən yazan və danışan onlayn media jurnalistləridir.
Siz həmin şüuru kağızın arxasında, rəsmi başlıqlarda axtarırsınız. Amma artıq o kağızlar tarixə çevrilib. Gerçək həyat ekranda baş verir. Gerçək söz “online”da danışılır. Siz eşitmirsinizsə, bu, onların susduğuna görə deyil. Bu, sizin eşidə bilməməyiniz və yainki eşitmək istəməməyinizlə bağlıdır.
Və bəli, siz onlayn mediamızın gücünü danmağa davam etdikcə, həmin media anaxronist düşüncəliləri milli informasiya muzeyimizin köhnəlmiş eksponatı kimi qəbul edir.
Reallığa xoş gəlmisiniz.