İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
17:53 | 15 iyun 2025 | Bazar
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İsrail kəşfiyyatının məlumatına görə, İran hərbi əməliyyatlar başlamazdan əvvəl iki mindən çox müxtəlif mənzilli ballistik raketə sahib idi. Bu arsenalın bir hissəsi artıq istifadədə olsa da, mövcud temp davam edərsə, İranın daha bir neçə həftə ərzində hücumları davam etdirməsi mümkündür. Amma əsas məsələ sadəcə raketlərin sayı deyil, onların harada və necə qorunduğudur.
İsrailin ilk zərbələrindən sonra Həmədan, Kirmənşah və İsfahanın şərqində yerləşən raket bazalarının hədəfə alındığı bildirilir. Bu, İranın raket infrastrukturunun azı bir hissəsinin sıradan çıxarıldığını deməyə əsas verir. Belə olan halda, raketlərin təkcə olması kifayət deyil – onların buraxılış üçün hazırlanması, saxlanması və müdafiəsi məsələləri ön plana çıxır.
İran həm maye, həm də bərk yanacaqla işləyən raketlərə malikdir. Maye yanacaqla işləyənlər uzunmüddətli hazırlıq tələb edir və döyüşə hazır vəziyyətə gətirilməsi çətindir. Bərk yanacaqla işləyənlər isə daha operativdir – bir neçə dəqiqə ərzində buraxıla bilər. Son illərdə İran bu tip raketlərin sayını artıraraq, onlara tez cavab vermə strategiyasının əsas elementi kimi yanaşır.
İranın hücum arsenalı yalnız raketlərlə məhdudlaşmır. Pilotsuz uçuş aparatları da ciddi yer tutur. Dəqiq sayları bilinməsə də, hərbi ekspertlər İranın minlərlə PUA-sının olduğunu, bu aparatların yüzlərlə kilometr məsafə qət edə bildiyini və ağır döyüş başlıqları daşıdığını bildirirlər. Bu da Tehrana imkan verir ki, raket atışlarını azaldaraq, daha ucuz və effektiv PUA hücumlarına üstünlük versin.
Son hücum zamanı İran ilk dəfə “Hacı Qasım” adlı hipersəs raketlərindən istifadə etdi. Bu raketlər yüksək manevr qabiliyyətinə malikdir və ABŞ-ın THAAD və “Patriot”, eləcə də İsrailin “Xets” sistemlərini aşmaq məqsədilə hazırlanıb. “Tasnim” agentliyi bildirir ki, bu raketlər 1200 kilometrə qədər məsafəyə çatır, bərk yanacaqla işləyir və çox çevik döyüş başlığına malikdir. Amma onların sayı barədə rəsmi məlumat yoxdur.
İsrail isə dünyanın ən inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən birinə sahibdir. “Dəmir Qübbə”, “Davudun Sapandası”, “Xets-2”, “Xets-3” və ABŞ-ın THAAD sistemi bu sistemin əsas sütunlarıdır. Bu komplekslər sayəsində İsrail çox sayda raket və PUA-nın qarşısını alıb, mülki itkiləri minimuma endirib. Amma hərbi ekspertlər xəbərdarlıq edir: ən mükəmməl müdafiə sistemi belə, kombinə edilmiş və kütləvi hücumları tam neytrallaşdıra bilmir.
ABŞ-ın müdafiə naziri Pit Hegset bildirib ki, “Patriot” sistemlərinin bir hissəsi Ukraynadan Yaxın Şərqə yönləndirilib. Bu qərar bəziləri tərəfindən tənqid edilsə də, Pentaqon bunun regional maraqlar baxımından vacib olduğunu vurğulayıb. ABŞ, Hegsetin sözlərinə görə, öz vətəndaşlarını və müttəfiqlərini qorumaq üçün bütün resurslarını səfərbər etməyə hazırdır.
Aprel ayında ABŞ İsrailə THAAD sistemlərini göndərmişdi. Bu sistemlər “Xets” ilə birlikdə, əsasən Yəməndən atılan raketlərin qarşısını almağa yönəldilmişdi. Bu fakt göstərir ki, ABŞ artıq de-fakto İsrailin yanında münaqişəyə daxil olub.
İranın bu əməliyyatları nə qədər davam etdirə biləcəyi isə onun hərbi resursları, logistik imkanları və siyasi iradəsi ilə birbaşa bağlıdır. Amma aydındır: texniki və strateji üstünlük İsrailin tərəfindədir. Xarici dəstək olmadan İranın yaxın həftələrdə bu miqyasda hücumları davam etdirməsi getdikcə daha az mümkün görünür.