
İranda Şah və Şeyx
Yaxud istibdadın iki üzü
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
İranın Azərbaycana qarşı siyasəti
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Fars-molla rejimi “Azərbaycan İranın tərkibində olub və doğma limana qayıtmalıdır” deyəndə, bu, elə bil ki, dəli bir adam güzgüyə baxıb, orada özgə sifətini görür və hamını inandırmağa çalışır ki, bu, onun öz portretidir. Axı hansı “İran”dan söhbət gedir? 1936-cı ildə Rza şah Pəhləvi alman irqçi nəzəriyyələrindən vəcdə gəlib köhnə “Fars” lövhəsini boyayıb, üstünə dəbli “İran” yazdığı “dövlətdən”mi? Yoxsa 1979-cu ildə yaranmış, tarixdə heç vaxt mövcud olmayan bugünkü İslam Respublikasındanmı?
Amma əgər “doğma liman” oyununa girişiriksə, gəlin düz danışaq: bugünkü Tehran Respublikasının məskunlaşdığı ərazilər əsrlərlə türk imperiyalarının həyəti olub. Səlcuqlardan Qaraqoyunluya, Səfəvilərdən Afşarlara və Qacarlara qədər – bu torpaqlarda hökm edən qan türk qanı, iradə türk iradəsi, sarayın dili türk dili idi. O imperiyalar okean idisə, indiki Tehran sadəcə tarix dənizində yolunu azmış, təsadüfən qırılıb qalan kiçik bir daş parçasıdır.
Səfəvilər Təbrizi öz günəşlərinə çevirmiş, bölgənin siyasi orbitini onun ətrafında fırlatmışdılar. Şah İsmayıl Xətai – həm şair, həm sərkərdə – Azərbaycanın adını dünya salnamələrinə qızıl hərflərlə yazmışdı. Nadir şah Əfşar Hindistanı da, Qafqazı da yumruğunda saxlamışdı.
Qacarlar – azərbaycanlı bir nəslin davamçıları – 1925-ci ilə qədər Fars taxtında oturmuşdu. Ta ki, Britaniyanın sifarişi ilə gətirilən Pəhləvi adlı gerizəkalı kukla, əcdadı mehtər olan zat şah hakimiyyətə oturdulana qədər.
Əgər Putin düsturuna baxsaq – “hakimiyyət çevrilişi dövlətin legitimliyini itirir” – deməli, Qacarların devrilməsi günü Tehran Respublikasının dövlət adı da, haqqı da yerə düşüb. Bizim isə Qacar dövlətində konstitusion qaydanın bərpasını və Azərbaycanın onun tarixi varisi kimi tanınmasını tələb etmək haqqımız var.
1828-ci ilə qədər Cənubi Azərbaycan Qacar Farsının tərkibində idi, amma “İran”da yox – türk dövlətinin içində. Şimal Azərbaycanı isə Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya imperiyası qoparıb apardı. Bu, türk torpaqlarının parçalanması idi, hansısa “fars əfsanəsinə qayıdış” yox.
Bugünkü İran özünü özgə ipək libasına bürüyüb, onu öz dərisi kimi təqdim edən bir saxtakardır. Özünü qədim imperiya kimi göstərmək istəyir, amma keçmişi sadəcə 46 illik mollalar diktaturası, sanksiyalar, repressiyalar və xalqların hüquqlarını tapdalamaqdan ibarətdir.
Əgər sonadək gediriksə, onda məhz fars millətçiliyi separatizmdir: türk dünyasının qoparılmış parçasını oğurlayıb, onun tarixini, şəhərlərini, şairlərini, qəhrəmanlarını öz adına yazmaq. Ədalət isə odur ki, bu qırıntı öz yerinə türk limanına, mərkəzi Azərbaycan olan tarixi məkanına qayıtsın.
Tarix ac canavar kimidir: zəifi parçalar, güclünün əlini isə yalayar. Bu gün həmin canavar Tehran Respublikasının üstünə qıyıq gözlə baxır, qoxlayır və anlayır: bu ət özgədir, qoxusu da yad. Onun vaxtı "borrowed time"dər. Yəni keçmişdən borc alınmış, amma geri qaytarılmalı bir zamandır.
Odur ki, fars-molla rejimi, illüziyalar bazarını bağlayın.
Siz “doğma liman” deyilsiniz – siz dəniz quldurlarının zəbt etdiyi yad bir limansınız. Bayrağınız qədim imperiyanın sancağı deyil, tələsik özgə dirəyinə sancılmış ucuz bir parçadır.
Tarixi oyunda oynamaq istəyirsinizsə, düz oynayın: türk dövlətinin bir hissəsi olduğunuzu etiraf edin və oğurladığınızı qaytarmağa hazır olun.