vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
Çinin Hörmüz gözləntisi 11:52 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çinin Hörmüz gözləntisi

Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın xarici işlər naziri Abbas Araqçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükənmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi yüksəlib.

Pekin İranın ABŞ-a məğlub olmasını əngəlləməyə çalışır. Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van İnin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van İ bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Çinli nazir iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Pekin Vaşinqton və Tel-Əvivdən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır. Bunu Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır.

Pekinin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir. Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda “Hörmüz boğazı” ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Çin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu “Hörmüz boğazı” üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, “Hörmüz boğazı” müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun. Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər. Ancaq Pekin “Hörmüz boğazı”nın açılmasını istəsə də, ABŞ-ın boğazın girişini mühasirədə saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki, Çin hakimiyyəti düşünür ki, “Hörmüz boğazı”yla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)