Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:40 | 15 iyun 2025 | Bazar
Məqaləyə 433 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van İ İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van İ iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən Van İ İsrailin iranlı yüksək rütbəli məmurların qətlə yetirilməsini qınadığını vurğuladı.
Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranın zəif duruma düşməsini, bu ölkədə rejim dəyişikliyi istəmir. Çünki, İrəvan və Moskva kimi Pekindəki siyasilər də düşünürlər ki, İsrail ABŞ-la birgə İranda maraqlarına uyğun şəkildə rejim formalaşdırmağa çalışacaqlar.
Buna baxmayaraq, Çin İrana birbaşa hərbi dəstək verməyəcək. Pekin eyni zamanda İsraillə mübarizədə əlindəki imkanlar daxilində kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər. Digər tərəfdən Pekin İrandakı rejimin ayaqda durması üçün beynəlxalq müstəvidə bu ölkəyə diplomatik dəstəyini artıracaq. Bütün hallarda Pekin İsrail və ABŞ-ın qələbə çalmasını müxtəlif yollarla əngəlləməyə çalışacaq.
Rusiya İranla strateji tərəfdaş olsa da, üstəgəl bu ilin əvvəlində Moskva ilə Tehran arasında müvafiq saziş imzalansa da, Kreml qonşusuna əməli dəstək verə bilməyəcək. Rusiya bütün enerjisini Ukrayna ilə müharibəyə yönəldib, Kremlin yeni cəbhədə ABŞ-İsrail ittifaqı ilə mübarizə aparmağa nə potensialı, nə də istəyi var. Ona görə də Tehranın Pekindən daha çox gözləntisi var. Tehranda hesab edirlər ki, Çin İrandakı yatırımlarını qorumalıdır. Həqiqətən Çin son illərdə İran iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub. Ancaq Çinin bu yatırımlarını qorumaq imkanı yoxdur. İsrail Çinin yatırım qoyduğu müəssisələrə də zərbələr endirməyə başlayacaq. Məqsəd İran iqtisadiyyatının gəlir gətirən sahələrini dağıtmaqdır. Bu arada, Çin İranın neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində də qalacaq.