Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:50 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 330 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
“Reuters” agentliyi Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskadakı görüşdə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün tələblərini yayımlayıb. Bunların içərisində yenə “Ukraynada rus dilinə dövlət statusu verilməlidir” tələbi yer alıb. Kremlin tələbləri içərisində Ukraynanın qoşun hissələrini Donetsk və Luqanskın yerdə qalan ərazisindən çıxarılması da var. Krım və Şərqi Ukraynanın bir hissəsi Rusiyanın işğalı altındadırsa və indiki şərtlər altında Kiyev üçün bu reallığı dəyişmək çətindirsə, Kreml nədən Rus dili məsələsində israrlıdır? Axı Ukraynanın rus dilində danışan bölgələrinin əhəmiyyətli hissəsi onsuz da Rusiyanın işğalı altındadır, digər bölgələrin əhalisi isə əsasən Ukrayna dilində danışır. Buna baxmayaraq, Kreml üçün rus dili məsələsi “qırmızı çizgidir”.
Kreml bu siyasəti Ukrayna ilə yanaşı digər qonşu ölkələrə münasibətdə də tətbiq edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfəri zamanı bu ölkədə rus dilində istifadənin məhdudlaşdırılmasından narazılığını gizlətməyib. Kremli Qazaxıstanın da dil siyasəti narahat edir. Bu Kremlin başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Bir gün Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində tədrisin məhdudlaşdırılmasına qərar verilərsə, Kreml bizə qarşı eyni tələbi səsləndirəcək. Rus dili məsələsi Kremlin şantaj alətinə çevrilib. Bu alətdən biz də qurtulmalıyıq.