Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
14:27 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 337 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
İran Israillə mübarizədə tərəfdaşlarından əməli dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli “Hizbullah” və “HƏMAS” isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər. Bircə Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib.
İran İslam Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbərlərindən biri, general Möhsün Rezai yerli televiziya kanallarından birində çıxış edərkən İsraili qorxutmaq üçün iki açıqlama verib. O birinci açıqlamasında söyləyib ki, guya İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir sıra başqa müsəlman ölkələrlə birlikdə böyük İslam ordusu yaratmağa çalışır.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İranı xilas etmək üçün niyə İslam ordusu yaratmalıdırlar? Axı İran adı çəkilən 3 ölkənin müttəfiqi deyil. Əksinə, İran mühafizəkarları və həmin İslam Keşikçiləri Korpusu müxtəlif illərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə siyasət yürüdüblər, bu ölkələrin əleyhinə açıqlamalar veriblər. Türkiyə İsrailin İrana qarşı hava hücumunu pisləsə də, İrandakı dairələrin terrorçu PKK təşkilatına dəstəyini unutmayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay əvvəl verdiyi açıqlamada, İranın PKK ilə gizli təmaslarına son qoyması vacibliyini bildirmişdi. İrandakı dairələr bir ara Səudiyyə Ərəbistanı da içəridən qarışdırmaq istəyiblər. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrinə son vermişdi, yalnız Pekinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa olundu. Pakistana gəldikdə bu ölkə ötən ilin yanvarında İranla sərhəddə toqquşma yaşamışdı, bir-birlərinə raket zərbələri endirmişdilər.
General Möhsün Rezainin ikinci açıqlaması Pakistanın İrana dəstək məqsədilə guya İsrailə nüvə silahı ilə zərbə endirəcəyi barədədir. Bu açıqlamanın da reallıqla əlaqəsi yoxdur. İsraillə İran arasında müharibə başladıqdan sonra Pakistan İranla sərhəddə nəzarəti gücləndirib. Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif nüvə potensialının dövlətinin və xalqının xeyrinə və ölkəsinin düşmən planlarından qorumağa xidmət etdiyini bildirib. Bu açıqlama iranlı generalın sözlərinin həqiqəti əks etdirmədiyini göstərir.
Bu arada, İrandakı dairələrin İraqdakı tərəfdarlarını fəallaşdırmağa çalışa biləcəyi barədə ehtimallar var. Ancaq bunun özü İranın problemlərini artıracaq. Tehran ABŞ-ın İsrailin İrana hücumlarına qoşulmasını istəmir. İrana bağlı güclər ABŞ-ın İraqdakı hərbi bazalarına hücum etsələr, bu İsrailin işinə yarayacaq, çünki belə olan halda ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq.