İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
11:11 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 197 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Müharibə bundan iki gün əvvəl bitdi. Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini bildirir. Halbuki, İsrail və ABŞ-ın raket zərbələrinə və verilən itkilərə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan “dəmir dəbilqə” hava müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər iranlı generalı və hərbçini öldürdü, İran nə qədərini?
ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu, İran isə Qasım Süleymani olayında olduğu kimi ABŞ-ı xəbərdar edərək əvvəlcədən boşaldılan hərbi bazasına raketlər atdı, onların da əksər hissəsi havada vuruldu. ABŞ Prezidenti Donald Trampın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq, İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki, İran vətəndaşlarının beyinlərində sualların sayı artıb.
İsrail pandoranın qutusunu açıb. “İsrail-İran müharibəsi heç zaman olmaz” hekayəsi qüvvəsini itirib. Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar. Tel-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərlərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər.
İsrail üçün müharibənin bir günü yüz milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək, ABŞ da həmişəki kimi müttəfiqinə yardım əlini uzadacaq. Bəs İran itkilərini necə bərpa edəcək – əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin havayı pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək, bu isə insanların haqlı narazılığa səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı, indi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq.
ABŞ və İsrail birinci məqsədlərinə çatdıqlarını bəyan ediblər, yəni İranın uranı zənginləşdirmək mərkəzləri yararsız hala düşüb, ancaq ikinci məqsədlərinə, yəni rejim dəyişikliyinə nail olmadılar. Bunun üçün daha uzun müddət lazımdır. İrandakı rejim öz varlığını qorumaq istəyirsə, daxili və xarici siyasətini ciddi şəkildə korrektə etməlidir. Buna ümid azdır. Çünki İranda islahatların genişlənməsi rejimin dəyişməsi anlamına gəlir. Mühafizəkarlar buna getməzlər.