vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
Tay-tuşu nəvə oynadan Santuş 12:33 | 8 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tay-tuşu nəvə oynadan Santuş

... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA-nın yeni rəhbərliyi elə özünün həvəslə bura gətirdiyi uğursuz proyekti – Fernandu Santuşu axır ki, istefaya göndərdi.

Santuş Azərbaycan milli komandasında işləmiş ən uğursuz məşqçilərdən oldu. Bu 71 yaşlı rəhbərliyi altında Azərbaycan millisi rəsmi və qeyri-rəsmi matçlar da daxil ümumən 11 oyun keçirib, onlardan 9-da uduzub, 2-də isə heç-heçə edib. Göründüyü kimi, bir qələbə belə yoxdur. 29 qol buraxmışıq, cəmi 4 qol vurmuşuq. Yəni rəhbərliyi dövründə qalib gəlmək nədir, hətta qol vurmağı belə “tərgitmişik”. Amma günah əlbəttə, Santuşda deyil.

Təəssüf ki, AFFA rəhbərliyi ictimaiyyətin rəyini nəzərə almadan, hətta məndə olan məlumata görə, İcraiyyə Komitəsində müzakirə aparmadan belə mənasız qərar vermişdi.

İndi isə qatar gedib. Zərbə Azərbaycan milli komandasına dəyib.

Gec də olsa səhvlərdən nəticə çıxarıb, milli komandanın bacarıqlı yerli məşqçiyə tapşırmaq lazımdır. Elə mütəxəssislərimiz az olsa da, var.

Xarici məşqçi modeli Azərbaycan futboluna uğur gətirməyib.

Bundan sonra milli komandaya xarici məşqçi gətirmək ən azı Azərbaycan futboluna xəyanət olar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)