
“Zirə”dən yaxşı başlanğıc
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Bu Ramin Musayevi də sakitləşdirən olsaydı, yaxşı olardı. İndi də deyib ki, AFFA legioner limitini ləğv elədiyinə görə milli komanda öldü. Sağ ol e... Limit olanda əlimiz bala batmışdı, xəbərimiz yoxdur. Mən özüm də ləğvə qarşı idim, amma limit olan vaxtda yetişənləri də görmüşük. Yəni çox da şey eləmiyin.
Bir də ki, ölünün nəyini öldürəcəksən? Milli bineyi-qədimdən ölüdür.
“Elxan Məmmədovla dostuq” deyən də həmin Musayev idi. Ölkə futbolunu kökünə balta vuran Məmmədovla.
Dövründə çempionatda 8 komanda var idi, idman prinsipi yox idi, limitə görə də liqa milliləşdirilmişlərlə dolmuşdu, oradan da milliyə yol alırdılar. Nəticə də ki, heç nə. Bizə bir dənə ildırım vurmamışdı. Qolları deyirəm.
Foqtsu bəyənməyən Ramin müəllim, çempionatı “proxodnoy dvor” eləmişdi onun üçün. Almaniyalının rahat toplanış keçməsi üçün birbaşa 3 turu təxirə salırdı. Dəfələrlə olub. Unutmamışıq, yadımızdadır.
Komandasının üzvü olduğu rəhbərliyin dövründə yerli məşqçilərə şans verilmədi, əcnəbilərin biri o birini əvəzlədi, görmədiyimiz müsibət qalmadı. Bir dəfə Qurbanı qoydular, onun da ili çıxmamış torbasını tikib yola saldılar. O vaxt danışmaq lazım idi.
Bu söhbətləri çox uzatmaq olar.
Demişəm, təkrarlayıram: hazırkı millinin bərbad gündə olmasının 1 nömrəli səbəbkarı sabiq AFFA rəhbərliyidir. Özlərindən sonra sağlam heç nə qoymayıblar. Kadr yox, sistem yox, infrastruktur dağılıb. Təzələrə kökü qurumuş bir ağac qoyublar, iki gündən bir də “niyə gül bitmir bunda” deyirlər. Sən canı gedin haqsız qazandığınız pulları xərcləyin, imkan verin dərdimizi çəkək, bir yol tapaq.
Elədikləriniz yaxşı yadımızdadır. Unutmamışıq, unutmayacağıq.