“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
11:11 | 25 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 913 dəfə baxılıb
Şriftin ölçüsü
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Amma vəziyyət budu, barışmalıyıq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Premyer Liqada 24-cü tur çətinliklə də olsa, arxada qaldı.
Bilirdik, bir daha əmin olduq ki, futbol kişi oyunudur və biz hamımız onun üçün çətinliklərə dözməyə hazırıq. Soyuq, şaxta maneə ola bilməz, olmadı da. Camaatın küçəyə çıxmağı ağlının ucundan belə keçirmədiyi vaxtda Şamaxıda da matç oynandı, Bakıda da, qəsəbələri Mərdəkan və Zirədə də. Futbol qurumlarımız da, klublar da, digər əlaqəli şəxs və təşkilatlar da böyük əmək sərf edərək yarışın davam etməsini təmin etdilər. Sağ olsunlar!
Soyuğun bir müsbət cəhəti oldu ki, oyunun sürəti ölmədi. Hava çox şaxtalı olduğundan futbolçular yerə yıxılan kimi ayağa durur, vaxt aparmırdılar. Az qollu, amma hərəkətli matçlar izlədik.
Oyunların özünə gəlincə, açılış matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gəldi. Meydan sahibləri qalib gəlsələr də, qonaqların yaxşı futbol oynadığını deyə bilərəm. Vaqif Cavadov komandasını relsə qoymaq istəyir, ancaq diqqəti başqa işlərdə olduğundan ortada nəticə yoxdur. Əvvəl sevməyənlərin duası günahkar idisə, bu dəfə hakimləri hədəf göstərdi. Üstəlik, öz işini jurnalistlərin üzərinə qoymağa da çalışdı. Gənc mütəxəssis belə şeylərin bir kənara qoyub işinə köklənsə, hər şey yaxşı olacaq. Samir Abasov da olduğu kimi. Sakitcə xal və xallar qazanır, “ağ-qaralar”ı toparlayıb, oyunlarını müəyyən qaydaya salıb. Hazırda lazım olan məhz budu.
“Qarabağ” yenə xal itirdi. Ağdamlılar ilk yarıda əldə etdikləri üstünlüyü qoruya bilmədilər, şansları boşa verdilər. Rəqib Berezutskinin komandası isə bu baxımdan daha dəqiq oldu. Vasili müəllimin güclü rəqiblərlə işi daha yaxşı alınır, bunu problem kimi qəbul etmək olar. “Sabah”ın bütün matçlarda nəticə qazanması lazımdır, çünki tək kuboka güvənib avrokubok hədəfinə çatmaq olmaz.
“Turan”ın qələbəsi gözlənilən idi. Çox yaxşı oynamadılar, amma hazırda bu heç bir əhəmiyyət daşımır. Liderlər qrupunda qalmaq üçün belə matçları “tum kimi çırtlamaq” gərəkdir.
“Araz”ın enişi məni təəccübləndirir. Yaxşı komandadır, yaxşı heyətə malikdilər, ancaq qışdan sonra özlərinə gələ bilmirlər. Bu durumun çox davam etməməsi lazımdır. Çünki komandanın potensialı bundan yaxşısına imkan verir.
Turun fərqlənəni isə “Zirə”dir. Komanda yüksəlişini sabitliklə davam etdirir. Rəşad Sadıqov ötənmövsümkü performansın təsadüf olmadığını və təkrarlamağa hazır olduğunu göstərir. Mütəxəssis əla bir komanda formalaşdırıb, hədəfə doğru irəliləyir.