vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
“Ayə, priçom tut, Nəriman?!” 12:05 | 23 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 83 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ayə, priçom tut, Nəriman?!”

Bilbao səfərinə sözardı

Atəş SULTANOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ” üçün təqvim göydəndüşmə idi. Klubdaxili çəkişmələrin məngənəsində çarpışan “Benfika”, sonra dişimizə uyğun “Kopenhagen” və yenə də böhran keçirən “Atletik”. İlk iki fürsətdən istifadə iştahamızı elə qaldırmışdı ki, çoxları Bilbaodan xalla qayıdacağımıza inanırdı.

Futbol belədir, emosional tərəfi var, azarkeşi qələbəyə öyrəşdirdinsə “Real”ın, “Barselona”nın üstünə də şir kimi gedəcəklər. Azarkeşin təbiəti belədir. Amma bu dəfə mütəxəssislər də ümidli idi. “Qarabağ” son iki oyunu daha özünə inamlı, daha taktiki cəhətdən yetkin oynamışdı. Qurban Qurbanovun əvəzetmələri də uğurlu alınmışdı. İndi sübut etmək lazım idi ki, əvvəlki iki qələbə bizim uğurumuzdan çox rəqibin problemləri ilə bağlı deyildi.

Təəssüf olsun ki, elə ilk dəqiqələrdən, lap elə bizim hesabı açmağımızdan sonra məlum oldu ki, vəziyyət ürəkaçan deyil. Nə qədər eyforiyaya qapılıb “Qarabağ”ı göylərə qaldırsaq da, bizim İspaniyanın hətta böhranda olan ortabab komandası ilə başabaş oynamağımız mümkün deyil. Komanda normal iki-üç ötürmə verə bilmir, təntiyir, topu qabağa vurmaqla oyun oynayırdı. Belə futbolla uzağa getmək olmaz. “Qarabağ”ın nəinki yerliləri, hətta startda çıxan 8 legioneri də fiziki, taktiki, ustalıq səviyyəsinə görə ispanlardan bir futbol erası qədər geri qalırdı. Bu legionerlərlə ən yaxşı halda Şərqi Avropa, Balkan ölkələrinin, hərdən isə Portuqaliya kimi ikinci dərəcəli futbol çempionatlarının klublarını udmaq olar. Reallıq budur.

Doğrusu, bu oyundan sonra “Çelsi”, “Liverpul” və digər aparıcı klublarla oyunun nəticələri barədə düşünmək istəməzdim. Bəxtimizdən, “Ayaks” və “Napoli”, heç “Ayntraxt”ın özü də yaxşı vəziyyətdə deyil. Amma “Atletik” də onlardan irəlidə deyildi və səviyyə fərqi adamın gözünə girirdi. Emosional azarkeşlər isə bu fərqi, gerçəkliyi görmür, qurbanlıq quzu axtarır və Nəriman Axundzadəni Azərbaycan futbolunun qurbangahında linç edirlər. Bizim bir məşhur baş redaktor vardı. Əsəbləşəndə rus dilinə keçirdi və ənənəvi sualla qəzəbini göstərirdi: “Ayə, priçom tut…” İndi onun sözü olmasın: “ayə priçom tut Nəriman?” Mərkəzdə oynayan futbolçuların ayağı top tutmur, üst-üstə iki pas verə bilmirlər, Zubirin ayağı-ayağına dolaşır, Bikalyo və Duran bu səviyyədə oyuna çıxmalarından şokdadılar. Təkcə Kadi və Andrade nəsə etmək istəyir, amma onlar da səviyyəcə aşkar geri qalırlar. Belə vəziyyətdə topu Nərimana çatdırmaq olmur, top ona gəlib çatmır və bu tip oyunlarda tənha hücumçu mövqeyi an “yaramaz mövqedir”.

Nərimandan da qat-qat yaxşı hücumçular bu tip oyunlarda “ac-yalavac” qalıblar. Futbolu bilən, bunu yaxşı anlayır. Olanımız budur, gedib İspaniya klubunu udmaq üçün milyonluq, 2 milyonluq oyunçular gətirməliyik. O da Moşu demişkən, “Dengi netu!”. Ya da özümüz futbolçu yetişdirməliyik. O da çətin. “Qarabağ”ın U-19 komandasının Çempionlar Liqasındakı oyunu göstərir ki, gələcək barədə düşünməyin. Elə bu gün Kadi, Zubir, Andradeyə şükür edin.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)