vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
“Qarabag” tarix yazdı 00:05 | 23 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qarabag” tarix yazdı

5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ” klubu adını Çempionlar Liqası (ÇL) tarixinə qızıl hərflərlə yazdırıb. Oyunun 48-ci saniyəsində Ağdamlıların 15 nömrəli futbolçusu Leandro Andradenin vurduğu qol ÇL liqası tarixində vurulan ən erkən qol olub. Liqaya qatılan klubların gücünü nəzərə alsaq bu rekordun uzun zaman qırılmayacağını iddia etmək olar.

Oyunda digər qollar yerli komandadan gəlib. Birinci hissənin bitməsinə 5 dəqiqə qalmış müdafiəçilərin arxasına atılan uzun ötürmə nəticəsində qapıçı ilə təkbətək qalan ispan hücumçu Qorka Qruzeta hesaba bərabərləşdirib. İkinci hissədə (65 dəqiqə) Niko Vilyamsu əvəzləyən Robert Navaro oyuna girdikdən 5 dəqiqə sonra (70-ci dəqiqə) hesabı 2-1 etdi. Oyunda dubl edən Qorka Qruzeta yenə uzatmalarla birlikdə oyunun bitməsinə 5 dəqiqə qalmış (88-ci dəqiqə) sonuncu nöqtəni qoydu – 3-1.

Yeri gəlmişkən, “Qarabağ” 3 oyunda 6 qol vurub və qapısında da 5 qol görüb.