
Doğma torpaqlarda qələbə
Mövsümdə 4-cü, karyerasında 8-ci qalibiyyət
Mövsümdə 4-cü, karyerasında 8-ci qalibiyyət
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Sinqapurun tanınmış iş adamlarından biri olan Onq Ben Sen, ölkədə ötən il geniş rezonansa səbəb olan korrupsiya qalmaqalında ədalətə mane olmaq ittihamını rəsmi şəkildə qəbul etdi.
BBC-nin məlumatına görə, 79 yaşlı milyarder, hotellər şəbəkəsi sahibi Onq Ben Sen sabiq nəqliyyat naziri Subramaniyam İsvarana “Formula 1” Qran-Prisi biletləri, xüsusi təyyarə səfərləri və digər bahalı hədiyyələr verdiyini etiraf edib. Məqsəd, nazirin barəsində aparılan korrupsiya istintaqında sənədlərin ört-basdır edilməsinə kömək göstərmək olub.
Rəsmi şəxslər hədiyyələri bəyan etməlidir
Sinqapur qanunvericiliyinə əsasən, dövlət məmurları yalnız hədiyyələrin bazar dəyərini dövlətə ödədikdən sonra onları saxlaya bilər. Eyni zamanda, işgüzar əlaqədə olduqları şəxslərdən aldıqları bütün maddi nemətləri bəyan etmək məcburiyyətindədirlər.
2023-cü ilin oktyabrında keçirilən məhkəmə zamanı məlum olub ki, İsvaran istintaqdan xəbər tutan kimi Onqdan Doha səfəri üçün biznes-klass aviabileti barədə faktura tərtib etməsini istəyib. Hakim bu davranışı “qəsdən və əvvəlcədən planlaşdırılmış” adlandıraraq ədalətin qarşısını alma cəhdi kimi qiymətləndirib.
20 min dollarlıq səfər, 400 min dollarlıq hədiyyələr
Onqun etirafına görə, Doha-Sinqapur reysi üçün ödənişi “Formula 1” yarışına edilən ödənişlə kompensasiya etməyə kömək edib. Bu səfərin ümumi dəyəri isə 20.850 Sinqapur dolları (təxminən 16.200 ABŞ dolları) təşkil edib.
Hər iki şəxs 2023-cü ilin iyulunda saxlanılıb. İttiham aktına görə, Onq tərəfindən İsvarana ümumilikdə 403 min Sinqapur dolları (təxminən 312 min ABŞ dolları) dəyərində hədiyyələr təqdim olunub – bunlara təyyarə biletləri, hoteldə qalmaq, musiqi şou proqramı və “Formula 1” yarışı biletləri daxildir.
İsvaran həmin dövrdə “Formula 1” üzrə hökumət müzakirə komitəsinin rəhbəri olub və Sinqapurda Qran-Prinin keçirilməsi ilə bağlı əsas danışıqları aparan şəxs idi. Onq isə bu yarışın Sinqapura gətirilməsində mühüm rol oynamışdı.
7 ilə qədər həbs mümkündür
Hakim Onqun cəza hökmünün 15 avqustda elan ediləcəyini bildirib. Milyarder “dövlət məmuruna hədiyyə verdiyinə” maddəsi ilə 2 ilə qədər, ədalətə mane olmaq ittihamı ilə isə 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.
“Ən yüksək maaşlı deputatlar” ölkəsində korrupsiya
Sinqapur parlament üzvləri dünyanın ən yüksək maaşlı deputatları sırasındadır. Hakimiyyət nümayəndələri bunu korrupsiyanın qarşısını almaq üçün zəruri addım hesab etdiklərini bildirirlər.
Qeyd edək ki, 1946-cı ildə Malayziyada doğulan Onq Ben Sen, uşaq yaşlarında Sinqapura köçüb və 1980-ci illərdə hotel və əmlak biznesini quraraq ölkənin tanınmış milyarderlərindən birinə çevrilib. O, nadir sümük iliyi xərçəngi ilə mübarizə aparır və daha öncə müalicə və işgüzar səbəblərlə xaricə səfərinə icazə alıb.