vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ATLETİKA  
Bir əsrlik idmançının bioloji yaşı 22 çıxdı 19:58 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir əsrlik idmançının bioloji yaşı 22 çıxdı

4 dünya rekordu qıran qadının göstəriciləri həkimləri heyrətləndirdi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

92 yaşındakı marafonçu Emma Mariya Mazenqanın (Emma Maria Mazzenga) əzələ hüceyrələri, onun əsl bioloji yaşının 70 il gənc olduğunu göstərdi. Bu, alimlərin diqqətini çəkdi və onun uğurunun sirrini öyrənmək üçün araşdırmalar aparıldı.

İtaliyanın “Pavia” Universitetindən tədqiqatçılar Mazzenqanın kuadrisepsindən nümunələr götürərək ABŞ-a göndərdilər. Qadına həm ağırlıq qaldırma, həm də velosiped üzərində testlər tətbiq edildi, kardiyovaskulyar vəziyyəti və ayaqlarının gücü ölçüldü.

Araşdırma nəticəsində məlum oldu ki, dörd dünya rekordu sahibi Mazzenqanın yavaş işləyən əzələ liflərinin bioloji yaşı 20-dir. Kardiorespirator davamlılığı isə 50 yaşındakı insanlara yaxın olduğu aşkarlandı.

ABŞ-dakı “Marquette University”dən doktor Marta Colosio (Marta Colosio) qeyd edib ki, uzun illər İtaliyada izlənən Mazzenqanın heç bir bənzəri yoxdur. Tədqiqatçılar həmçinin bildiriblər ki, yaşlandıqca nələri etmək mümkün olduğunu onun üzərində öyrənə biləcəklər.

“Marquette University”dən Kris Sandberq (Chris Sundberg), baş müəlliflərdən biri olaraq, qadının sirrini açıqlayıb: “Ya genetik, ya həyat tərzi, ya da hər ikisinin qarışığı ilə beyin, sinirlər və əzələlər arasındakı əlaqəni 90 yaşında belə digər yaşlı insanlara nisbətən daha sağlam şəkildə qoruyur.”

Mazzenqa “The Washington Post”a danışaraq bildirib ki, o, 19 yaşında qaçmağa başlayıb, amma universiteti bitirdikdən sonra dörd il ailə səbəbi ilə ara verməli olub.

1.55 m boyundakı qadın, yaşlandıqca öz qrupunda rəqib tapmaqda çətinlik çəkdiyini deyib: “İtaliyada yalnız mən varam. Dünya çempionatlarında bir Amerikalı daha var.”

O, müntəzəm məşq etdiyini, yeməkdə ölçünü qoruduğunu və idmana başlamazdan əvvəl həkim yoxlamasından keçməyin vacib olduğunu vurğulayıb. Mazzenqa “Heç vaxt bir günün tamamını daxili məkanlarda keçirmirəm”, – deyib.