“Google” kökündən dəyişir
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
08:48 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 14 dəfə baxılıb
Şriftin ölçüsü
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Tapşırığın icra müddətinin başa çatmasına 1 ay qalıb
Laboratoriya şəraitində əldə olunan neyronlar canlı beyin hüceyrələri ilə əlaqə qura bildi
Xəstələri kim müalicə edəcək – həkim, yoxsa alqoritm?
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
“Z” nəslin gələcəyi təhlükədə
Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Apple” köhnə “iPhone” modellərinə vida etdi
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
“Samsung”un yeni “Galaxy S25 Edge”sindən 2 mm nazikdir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
“Apple” şirkəti “WWDC 2026” konfransında uzun müddətdir gözlənilən yeni nəsil səsli köməkçi – “Siri” Süni intellektini təqdim edib. Şirkət yeni məhsulu “indiyədək yaradılmış ən güclü və fərdiləşdirilmiş Siri” kimi xarakterizə edir.
VAXT.AZ xəbər verir ki, “Apple”ın məlumatına görə, “Siri AI” əvvəlki versiyadan fərqli olaraq istifadəçinin şəxsi kontekstini anlaya, ekrandakı məlumatları təhlil edə və müxtəlif tətbiqlər arasında əməliyyatlar həyata keçirə bilir. Yeni sistem elektron məktublar, mesajlar, şəkillər və digər məlumatlar əsasında istifadəçiyə lazım olan informasiyanı tapmağa kömək edir.
Məsələn, istifadəçi Süni intellektdən dostunun mesajda tövsiyə etdiyi restoranı tapmağı, köhnə elektron məktubdan otel rezervasiya nömrəsini çıxarmağı və ya son səfərdən müəyyən fotoları göstərməyi xahiş edə bilər. “Siri AI” həmçinin ekranda görünən məzmunu anlayaraq ona uyğun hərəkətlər təklif edir.
Yeni versiyanın əsas yeniliklərindən biri ayrıca Siri tətbiqinin yaradılmasıdır. Bu tətbiq vasitəsilə istifadəçilər əvvəlki söhbətlərinə qayıda və müxtəlif cihazlarda apardıqları dialoqları davam etdirə biləcəklər. Söhbətlər “iCloud” vasitəsilə sinxronlaşdırılacaq.
“Apple” bildirir ki, “Siri AI” daha təbii danışıq aparır, mürəkkəb sualları başa düşür və ardıcıl dialoqları yadda saxlaya bilir. Sistem həmçinin mətn yazmaq, redaktə etmək və müxtəlif tətbiqlərdə tapşırıqları yerinə yetirmək imkanları əldə edib.
Şirkət yeni süni intellekt platformasında məxfiliyin əsas prioritet olaraq qaldığını vurğulayır. “Apple”a görə, məlumatların böyük hissəsi birbaşa cihazda emal edilir və istifadəçi məlumatlarının qorunması üçün xüsusi arxitekturadan istifadə olunur.
“Siri AI” hazırda tərtibatçılar üçün test rejimində istifadəyə verilib. Beta versiyasının ilin sonuna qədər istifadəçilərə təqdim olunacağı gözlənilir. Yeni sistem əvvəlcə ingilis dilində olacaq, daha sonra digər dillər də əlavə ediləcək.
Ekspertlər qeyd edirlər ki, “Siri AI” “Apple-ın son illərdə süni intellekt sahəsində ən böyük yeniləməsidir və şirkətin “OpenAI”, “Google” və digər texnologiya nəhəngləri ilə rəqabətdə mövqeyini gücləndirmək cəhdinin bir hissəsi hesab olunur.