
100 yaşına çatmağın 5 sirri
Süni intellekt əsas şərtləri sadaladı
Süni intellekt əsas şərtləri sadaladı
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Oğlumuzu intihara təşviq etdi”
“Pixel 10” ilə süni intellekt yarışında sürəti artırır
Müalicəsi həftələrlə davam etdi
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Çip istehsalı şirkəti ASML, “Mistral AI”ya 1,3 milyard avroluq investisiya ediləcəyini açıqladı.
ASML “Mistral”ın süni intellekt xidmətlərini öz maşın və əməliyyatlarına inteqrasiya edərək şirkətin bütün təşkilatını süni intellektlə təchiz etmək istəyir.
Hollandiya mərkəzli ASML Fransanın süni intellekt şirkəti “Mistral AI”ya 1,3 milyard avro yatırır. Şirkət 11% payla ən böyük səhmdar mövqeyinə gəlir.
Süni intellekt modelləri və söhbət robotu hazırlayan “Mistral”, bu investisiyanın 1,7 milyard avroluq maliyyələşdirmə turunun bir hissəsi olduğunu bildirib. Yatırım “Mistral”ın dəyərini 11,7 milyard avroya qaldırır və onu Avropanın ən dəyərli özəl şirkətlərindən birinə çevirir.
Bu əməkdaşlıq, “OpenAI” kimi nəhənglərə qarşı Avropanın yeganə ciddi rəqibi olan “Mistral”ın, qitənin ən böyük texnologiya şirkətlərindən birinin dəstəyini almasını təmin edir.
Eyni zamanda, Silikon Vadisi alətlərinə daha az asılılıq çağırışları fonunda və son dövrdə ABŞ Prezidenti Donald Trampın, ABŞ maraqlarını pozduğunu düşündüyü ölkələrə qarşı təzyiqləri nəticəsində sürət qazanan Avropanın “texnologiya suverenliyi” hərəkatı üçün də bir qələbə sayılır.
ASML rəhbəri Kristof Fuke (Christophe Fouquet) müsahibəsində anlaşmanın əsas məqsədinin süni intellekti şirkətə inteqrasiya etmək olduğunu bildirib. O qeyd edib ki, bu yatırımla “ASML” “Mistral”ın istehsal yönümlü süni intellekt xidmətlərini öz maşın və əməliyyatlarına daxil etmək imkanı əldə edəcək:
ASML-nin bütün təşkilatını süni intellektlə donatmaq istəyirik”.
ASML-nin “Mistral”ı satın almağı planlaşdırıb-planlaşdırmadığı barədə suala Fuke belə cavab verib: “Biz hər şeyi özümüz etməyə çalışmırıq”.
O həmçinin əlavə edib ki, ASML potensial tərəfdaş kimi başqa süni intellekt şirkətlərini də nəzərdən keçirir, amma ad açıqlamayıb.
ASML səhmləri çərşənbə axşamı səhər saatlarında təxminən 0,8% yüksələrək 682,20 avroya çatıb. Səhmlər bu il əsasən sabit hərəkət edib.
***
“Mistral” baxımından isə anlaşma, bahalı və rəqabətin güclü olduğu bir bazarda əhəmiyyətli kapital dəstəyi deməkdir. 2023-cü ilin əvvəlində qurulan “Mistral”, özünü “OpenAI” və “Google” kimi Silikon Vadisi nəhənglərinə alternativ kimi təqdim edib. Startap, Fransa Prezidenti Emmanuel Makronun ölkəni süni intellekt sahəsində ciddi rəqibə çevirmək strategiyasının əsas hissələrindən biridir.
“Mistral”ın rəhbəri Artur Menş (Arthur Mensch), Avropa şirkəti ilə tərəfdaşlıq qurmanı tortun üzərindəki çiyələk kimi qiymətləndirib. O həmçinin bunun daha çox təkrarlanmasını istədiklərini vurğulayıb.
Anlaşmadan sonra “ASML”in maliyyə direktoru Roje Dassen (Roger Dassen) “Mistral”ın idarə heyətinə qatılacaq.
“Mistral”, “BNP Paribas SA” və “Stellantis NV” də daxil olmaqla böyük Avropa şirkətləri ilə anlaşmalar elan etsə də, hələlik böyük bir ABŞ müştərisini açıqlamayıb.