
Qiymətli mineralların görünməyən üzü
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
Ölən və yaralananlar var
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
“Anglo American” və “Teck Resources” kimi iki nəhəng mədənçilik şirkəti “Anglo Teck” adı altında birləşmək qərarına gəlib.
Dünyanın ən böyük mədənçilik şirkətlərindən biri olan Böyük Britaniya mərkəzli “Anglo American” və Kanada mərkəzli “Teck Resources” bərabərhüquqlu birləşmə sazişi imzaladıqlarını açıqlayıblar.
Daha əvvəl “Anglo American”ın “Teck Resources” şirkətini almaq üçün danışıqlar apardığı, bu alqının tarixdəki ən iri mədənçilik birləşmələrindən biri ola biləcəyi deyilirdi.
Birləşmə çərçivəsində “Anglo American”, “Teck”in hər bir A sinifli adi səhminə və B sinifli imtiyazlı səsvermə hüquqlu səhminə qarşılıq olaraq, “Teck” səhmdarlarına 1,3301 ədəd “Anglo American” adi səhmi təqdim edəcək.
“Anglo American” səhmdarları “Anglo Teck”in təxminən 62,4%-nə, “Teck” səhmdarları isə təxminən 37,6%-nə sahib olacaq.
Müəyyən şərtlərin yerinə yetirilməsi halında “Anglo American”ın idarə heyəti birləşmə tamamlanmadan əvvəl səhmdarlarına hər səhmdə təxminən 4,19 ABŞ dolları olmaqla, ümumilikdə 4,5 milyard ABŞ dolları məbləğində xüsusi dividentlər ödəməyi də planlaşdırır.