Səyahət üzvlüyü
Səfərinizi bron etməyin ən ağıllı yolu…
21:10 | 29 may 2026 | Cümə
Məqaləyə 140 dəfə baxılıb
Şriftin ölçüsü
Səfərinizi bron etməyin ən ağıllı yolu…
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
Azərbaycan ilə Çin universitetləri arasında ilk ikili diplom proqramının icrasına başlanılıb
Üçüncü baş nazir də vəzifəsini itirdi
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
Yeni silah yarışının qalibi kim olacaq?
İtaliyanın məşhur turizm bölgəsində dilənçilik qadağasına sərt reaksiya
Hansı dövlətin vətəndaşları daha çox ölkəyə vizasız səfər edə bilir?
Azərbaycan Turizm Bürosu Asiya bazarında fəaliyyətini genişləndirir. Büronun ən böyük yeni təşəbbüslərindən biri kimi Pekində nümayəndəliyin açılması olub. Bu gün Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı mərasimi keçirilib.
VAXT.AZ “TTG Asia” nəşrinə istinadən xəbər verir ki, yeni ofisdə Azərbaycanı tanıdan xüsusi ziyarətçi mərkəzi də fəaliyyət göstərəcək. Məqsəd Çin bazarında həm tərəfdaşlarla, həm də turistlərlə birbaşa əlaqələri gücləndirməkdir.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib ki, Pekində ofis açılması Çin və Azərbaycan arasında tətbiq edilən qarşılıqlı vizasız rejimlə birbaşa bağlıdır: “Çində münasibətləri inkişaf etdirmək istəyiriksə, fiziki olaraq burada təmsil olunmağın vacib olduğunu düşünürük”.
Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosu artıq Çin bazarında hazırlıq işlərinə başlayıb. Bu çərçivədə “Trip.com” və “Fliggy” kimi iri turizm platformaları ilə əməkdaşlıq edilir.




Bundan əlavə, Azərbaycan hotelləri və bələdçiləri üçün “Çin bazarına uyğun hazırlıq” proqramı hazırlanıb ki, bu da çinli turistlərə uyğun xidmət keyfiyyətinin artırılmasına yönəlib.
Turizm Bürosunun təşəbbüsləri yeni hava əlaqələri ilə dəstəklənir. Hazırda Azərbaycan Hava Yolları (AZAL) və “China Southern Airlines” (“Çin Cənub Hava Yolları”) arasında birbaşa uçuşlar həyata keçirilir.
Bundan əlavə, yaxın vaxtlarda “China Eastern Airlines” (“Çin Şərq Hava Yolları”) tərəfindən Şanxay–Bakı marşrutu üzrə yeni yay reyslərinin açılması gözlənilir.




Florian Zenqstşmid qeyd edib ki, Çin Azərbaycanın Asiya strategiyasının yalnız bir hissəsidir. Onun sözlərinə görə, Malayziya, İndoneziya, Vyetnam, Cənubi Koreya və Yaponiya da prioritet bazarlar sırasındadır.
Turizm rəsmisi bildirib ki, son səkkiz ildə Asiya Azərbaycanın turizm siyasətində ciddi əhəmiyyət qazanıb və regionla nəqliyyat əlaqələri də xeyli yaxşılaşıb.
Zenqstşmid hesab edir ki, Asiyada Azərbaycana marağın artmasında beynəlxalq tədbirlərin də mühüm rolu var.





O qeyd edib ki, iki il əvvəl BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) Bakıda keçirilməsi ölkənin beynəlxalq imicini gücləndirib.
May ayında Bakının həmçinin XIII Dünya Şəhərsalma Forumuna (World Urban Forum – WUF13) ev sahibliyi etdiyi vurğulanıb.