Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
20:55 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 2346 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Otellərdən xəbərlər və isti ölkələrə səyahət!
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Qan dövranında problemlər yarana bilər
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
2025-ci ilin yay mövsümündə Avropa səmasında sanki görünməz bir baryer formalaşıb: reyslərin ləğvi, kütləvi gecikmələr, hava limanlarında işçi çatışmazlığı, tətil dalğaları və hüquqi qarşıdurmalar. Bu problemlər artıq lokal epizodlar deyil – ümumavropa miqyasında hava nəqliyyatı böhranına çevrilib. Sistem bütövlükdə çökür.
Yüklənmiş hava limanları: xroniki sıxlıq
Xüsusilə Amsterdam-Sxipxol, Paris-Orli, Barselona-El Prat, Brüssel-Zaventem, Milan-Malpensa və Roma-Fyumicino hava limanları bu yay həm sərnişin, həm də yük axını baxımından dözümsüz vəziyyətə düşüb. Gözləmə zalları, qeydiyyat masaları və pasport nəzarəti nöqtələri uzun növbələrə dözmür. Hər birində gündəlik 50-150 reys ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir.
Aparıcı hava limanlarının bir çoxu artıq yay fəsli üçün əvvəlcədən satışa çıxarılan reyslərin bir qismini "əvvəlcədən ləğv" siyasəti ilə sıradan çıxarıb. Hədəf: texniki nasazlıqlara və işçi çatışmazlığına qarşı əvvəlcədən sığorta.
Aşağıbüdcəli hava yolları: ucuza uç, əsəbiləş
“Ryanair”, “Wizz Air”, “EasyJet” və “Vueling” kimi aşağıbüdcəli hava yolları son illərin pandemiya sonrası tələbi qarşılamaq üçün ciddi genişlənməyə getmişdi. Ancaq bu yay onların sistemləri demək olar ki, iflic olub.
Baqaj qadağaları, yeni çəki limitləri, ödənişli oturacaq seçimi, qeyri-şəffaf sığorta mexanizmləri – sərnişinlər ucuza bilet alsalar da, sonda daha çox xərclə üzləşirlər. Üstəlik, bu şirkətlərin reys gecikmə və ləğv olunmalara görə kompensasiya öhdəliklərini yerinə yetirməməsi Avropa məhkəmə sistemində onlarla yeni işin açılmasına səbəb olub.
Sığorta, ləğvlər və hüquqi qarşıdurma
Sığorta təminatçılarının bir qismi artıq reyslərin gecikməsi və ya ləğvi hallarını "fors-major" kimi qiymətləndirərək ödənişlərdən yayınır. Bəzi şirkətlər isə müqaviləyə gecikmə limitini əlavə edərək məsuliyyətdən boyun qaçırmağa çalışırlar.
Məsələn, son aylar “Transavia”, “Jet2” və “Eurowings” aviaşirkətləri sığorta mübahisələri səbəbilə minlərlə sərnişinin hüquqi iddiaları ilə üzləşib. Bu isə həm sığorta sektoruna, həm də hava nəqliyyatı infrastrukturuna inamı zəiflədib.
Hava nəqliyyatı sektorunda əmək böhranı
2025-ci ilin yayında Avropanın bir çox hava limanında texniki heyət, dispetçer və təhlükəsizlik əməkdaşlarının çatışmazlığı böhran həddinə çatıb. İşçilər ya aşağı maaş, ya da təhlükəli iş rejimlərinə görə sektordan kənarlaşır.
“TAP Air Portugal”, “ITA Airways”, “Brussels Airlines” və “SAS” kimi bir neçə şirkətdə tətil və istefalar səbəbilə həftələrlə uçuş qrafiki pozulub. Bir çox reys yalnız məhdud heyətlə, təxirə salınmış qrafiklə və minimum xidmətlə həyata keçirilir. Tətillər artıq tək-tək hallar deyil – onlar sektorun ümumi sarsıntısını göstərən göstəriciyə çevrilib.
Böhran niyə strukturldur?
Mövcud problemlər təkcə bu yayla və ya müəyyən bir ölkə ilə bağlı deyil. Avropa hava nəqliyyatı bazarının ifrat liberallaşdırılması, maliyyə optimizasiyası adı ilə heyət azaldılması, sosial təminatların zəiflədilməsi və aşağıbüdcəli modelin yayılması böhranın dərin köklərini təşkil edir.
Sərnişin tələbi artsa da, hava nəqliyyatı infrastrukturu – nə fiziki, nə də insan resursları baxımından – bu tələbi qarşılamaq iqtidarında deyil. Bu isə yalnız bu yayın deyil, qarşıdakı illərin də problemidir.