Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:08 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 147 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya daxilində kənd təsərrüfatı istehsalçıları ciddi satış böhranı ilə üzləşib. Yerli fermerlər bildirirlər ki, iri pərakəndə şəbəkələr daxili məhsulların alışını azaldaraq daha çox xarici, xüsusilə də Azərbaycandan və digər ölkələrdən gətirilən erkən məhsullara üstünlük verir.
VAXT.AZ “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, Novqorod və Vladimir bölgələrində kənd təsərrüfatı istehsalçıları mart-aprel aylarından etibarən böyük ticarət şəbəkələrinin yerli kartof və tərəvəz alışını kəskin azaltdığını bildiriblər.
Fermerlərin sözlərinə görə, Azərbaycan və Misir kimi ölkələrdən gətirilən təzə məhsullar daha çox üstünlük qazanır. Bu vəziyyət nəticəsində yerli məhsul anbarlarda yığılıb qalır.
Rusiya aqrar sektor nümayəndələri xəbərdarlıq edirlər ki, satış imkanlarının məhdudlaşması ciddi maliyyə problemləri yaradır. Novqorod bölgəsindəki fermer birlikləri bildirir ki, vəziyyət davam edərsə, may ayında böyük həcmdə kartofun məhv edilməsi və ya atılması qaçılmaz ola bilər.
Fermerlərin müraciətində qeyd olunur ki, satışların azalması borclanmanı artırır. Nəticədə təsərrüfatların iflas riski yüksəlir. Bu isə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Məlumata görə, yerli istehsalçıların satış qiymətləri son bir ildə 30–40% ucuzlaşıb və bəzən maya dəyərindən aşağı düşüb. Buna baxmayaraq, pərakəndə satış şəbəkələrində məhsulların qiyməti daha yüksək olaraq qalır.
Fermerlər vəziyyəti iri şəbəkələrin alqı siyasəti ilə əlaqələndirirlər. Xüsusilə “X5”, “Magnit” və “Lenta” kimi şəbəkələrin xarici məhsullara üstünlük verdiyi bildirilir.
Ekspertlərin fikrincə, Azərbaycanın təzə tərəvəz məhsulları Rusiya bazarında mövsümi boşluğu doldurur və keyfiyyət–qiymət balansına görə rəqabət üstünlüyü qazanır. Bu isə bəzi regionlarda yerli istehsalçılar üçün əlavə təzyiq yaradır.
Hazırkı vəziyyət Rusiya kənd təsərrüfatı sektorunda struktur problemləri bir daha üzə çıxarır. Eyni zamanda, Azərbaycan kimi region ölkələrinin kənd təsərrüfatı ixracı üçün yeni imkanlar formalaşdırır və bazarda payının artmasına səbəb olur.