Körfəz yenidən alovlanır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
10:47 | 4 iyun 2026 | Cümə axşamı
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Dünya bazarında neft qiymətləri İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasından sonra geriləyib. Beləliklə, neft son üç ticarət sessiyasında müşahidə olunan yüksəliş seriyasını dayandırıb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barreli 97 dollara düşüb, ABŞ-nin “WTI” markalı xam nefti isə 95 dollar ətrafında ticarət olunub. Hər iki etalon növ həftənin ilk üç iş günündə təxminən 10% bahalaşmışdı.
İsrail, Livan və ABŞ tərəfindən yayılan birgə bəyanata əsasən, razılaşmanın qüvvədə qalması İranın dəstəklədiyi “Hizbullah” hərəkatının da hücumları tam dayandırmasından asılıdır.
Bununla yanaşı, Vaşinqton və Tehran mövcud atəşkəs rejiminin daha iki ay uzadılması və Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası üçün ümumi çərçivə üzrə anlaşsalar da, yekun detallar ətrafında danışıqların ləng getdiyi bildirilir.
İranın xarici işlər naziri “Tasnim” agentliyinə açıqlamasında danışıqlarda hələlik ciddi irəliləyiş əldə olunmadığını bildirib. Tehran həmçinin İsrailin Beyruta zərbələri davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Ekspertlərin fikrincə, son günlərdə neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə gərginliyin yenidən artması və Hörmüz boğazı vasitəsilə enerji daşımalarının bərpasına dair gözləntilərin zəifləməsi olub.
"Westpac Banking Corp."un əmtəə araşdırmaları şöbəsinin rəhbəri Robert Renni hesab edir ki, İsrail-Livan atəşkəsi qısa müddətdə bazardakı təzyiqi azalda bilər. Lakin onun sözlərinə görə, Hörmüz boğazı tam fəaliyyətini bərpa etmədiyi halda qlobal ehtiyatların azalması fonunda neftinin qiyməti ilin son rübündə 130 dollara qədər yüksələ bilər.
ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, İran silahlı qarşıdurmaların dayandırılmasına dair memorandum imzalayacağı halda Hörmüz boğazı dərhal açılacaq. Onun sözlərinə görə, bunun üçün yalnız müəyyən ərazilərin və dəniz minalarının təmizlənməsi tələb olunur.