Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:54 | 28 may 2026 | Cümə axşamı
Məqaləyə 123 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ ordusu İran ərazisində yerləşən hərbi hədəflərə yeni hava zərbələri endirib. Vaşinqton əməliyyatın əsas məqsədinin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini qorumaq olduğunu bildirib.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmilərinin məlumatına görə, əməliyyat zamanı İranın istifadə etdiyi dörd pilotsuz uçuş aparatı məhv edilib. Hədəfə alınan əsas obyekt isə Bəndər-Abbas yaxınlığında yerləşən və kamikadze pilotsuz uçuş aparatının (PUA) havaya qaldırılmasına hazırlıq görülən yerüstü idarəetmə məntəqəsi olub.
İran mediası ölkənin cənubundakı Bəndər-Abbas liman şəhərinin şərq hissəsində bir neçə güclü partlayış baş verdiyini yazıb. Yerli mənbələrin məlumatına görə, partlayışlardan sonra hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və bir neçə dəqiqə intensiv atəş səsləri eşidilib.
“Reuters”ə danışan və adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, İran pilotsuz aparatları Hörmüz boğazında həm ticarət gəmilərinə, həm də ABŞ hərbi qüvvələrinə təhlükə yaradırdı. Onun sözlərinə görə, əməliyyat məhdud və müdafiə xarakterli olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında qeyd olunub ki, zərbələr zamanı yalnız pilotsuz aparat infrastrukturu deyil, həmçinin Hörmüz boğazına mina yerləşdirmək üçün istifadə edildiyi iddia olunan sürətli hərbi katerlər və raket buraxılış sistemləri də məhv edilib.
“Əl-Cəzirə” yazır ki, bu, son bir həftə ərzində ABŞ-ın İrana qarşı həyata keçirdiyi ikinci hərbi əməliyyatdır. Daha əvvəl Vaşinqton İranın pilotsuz aparat bazalarına zərbələr endirmişdi. Tehran isə həmin hücumu atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirmişdi.
“The Wall Street Journal” qeyd edir ki, Vaşinqton hazırda İranın boğazda ticarət marşrutlarını bloklamağa hazırlaşması qiymətləndirir. ABŞ Hərbi Dəniz Qüvvələri isə regionda əlavə müşahidə və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Analitiklər hesab edirlər ki, son hadisələr ABŞ və İran arasında birbaşa hərbi toqquşma riskini yenidən artırıb. Xüsusilə də Bəndər-Abbas və Hörmüz boğazı ətrafında baş verən insidentlər regionun enerji təhlükəsizliyi üçün əsas risk zonası hesab olunur.