vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 2 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
Türkiyə yığması açıqlandı 12:52 | 2 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə yığması açıqlandı

Montella 9 futbolçunu Dünya Çempionatı heyətindən çıxardı

FATEH, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Milli Komandasının 2026 FİFA Dünya Çempionatına gedəcək yekun heyəti açıqlanıb. Baş məşqçi Vincenzo Montella tərəfindən müəyyən edilən 26 nəfərlik geniş siyahıdan 9 futbolçu çıxarılıb.

2026 Dünya Çempionatında D qrupunda ABŞ, Avstraliya və Paraqvayla qarşılaşacaq olan “Ay-ulduzlular”ın geniş heyətindən 9  futbolçu – Ərsin Dastanoğlu, Məhəmməd Şəngəzər, Əhmədcan Kaplan, Mustafa Əskihəllaç, Yusif Akçiçək, Ataqan Karazor, Dəmir Ege Tıknaz, Aral Şimşir və Yusif Sarı millinin Dünya Çempionatı heyətinə daxil edilməyib.

Türkiyə Futbol Federasiyanın açıqlamasında bildirilib ki, Məhəmməd Şəngəzər, Aral Şimşir və Dəmir Ege Tıknaz isə zədə ehtimalına qarşı “ehtiyat siyahı”da saxlanılacaq və komanda ilə birlikdə ABŞ-a yollanacaqlar.

Türkiyə millisinin 26 nəfərlik yekun heyəti aşağıdakılardır:

Qapıçılar: Altay Bayındır, Mərd Günok, Uğurcan Çakır.

Müdafiəçilər: Abdülkərim Bardakcı, Çağlar Söyüncü, Ərən Elmalı, Fərdi Kadıoğlu, Merih Dəmiral, Mərd Müldür, Ozan Kabak, Səməd Akaydın, Zəki Çelik.

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayəl Yüksək, Kaan Ayxan, Orkun Kökçü, Saleh Özcan.

Hücumçular: Arda Gülər, Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunis Akgün.