“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
18:44 | 28 may 2026 | Cümə axşamı
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Milyarder iş adamı bileti ilə bağlı korrupsiya ittihamını qəbul etdi
Mövsümdə 4-cü, karyerasında 8-ci qalibiyyət
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
“Formula 1” rəhbərliyi Yaxın Şərqdəki gərginlik səbəbindən ləğv edilmiş Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərindən birini mövsümün sonrakı hissəsində bərpa etməyə çalışır. Müzakirə olunan əsas variantlardan biri isə yarışın Bakı mərhələsi ilə Sinqapur Qran-prisi arasındakı boş tarixə yerləşdirilməsidir.
VAXT.AZ “GPblog” istinadən xəbər verir ki, əgər Yaxın Şərqdə vəziyyət sabitləşərsə, ləğv edilmiş yarışlardan biri oktyabrın 4-də keçirilə bilər. Hazırda “Formula 1” komandaları və təşkilatçılar Bakı–Yaxın Şərq–Sinqapur marşrutunu logistika baxımından ən real variant hesab edirlər.
Bu isə Azərbaycan Qran-prisinin təqvimdə strateji mövqeyini daha da ön plana çıxarır. Çünki komandalar Bakıda yarışdıqdan sonra birbaşa Yaxın Şərqə, oradan isə Sinqapura uça bilərlər. Məqalədə qeyd olunur ki, bu marşrut həm məsafə, həm də vaxt baxımından “Formula 1” üçün ən optimal həll sayılır.
“Formula 1”in baş icraçı direktoru Stefano Domenikali Fransanın “L'Équipe” nəşrinə açıqlamasında bildirib ki, təşkilatın artıq ehtiyat planı hazırdır: “Əgər mövsümün son yarışları müharibə səbəbindən baş tutmasa, alternativ həllərimiz var”.
Domenikali etiraf edib ki, mövcud sıx təqvim səbəbindən həm Bəhreyn, həm də Səudiyyə Ərəbistanı mərhələlərini yenidən təqvimə salmaq praktiki olaraq mümkün görünmür. Onun sözlərinə görə, hətta bir yarışın qaytarılması belə çətin məsələdir.
Hazırda əsas maneə ABŞ və İran arasındakı gərginlikdir. “Formula 1” rəhbərliyi hesab edir ki, Yaxın Şərqdə yarışların bərpası üçün ilk növbədə davamlı və tam atəşkəs əldə olunmalıdır. Lakin son günlər ABŞ-nin İranın cənubundakı hərbi obyektlərə yenidən zərbələr endirməsi bölgədə risklərin hələ də yüksək olduğunu göstərir.
Məqalədə vurğulanır ki, Avropadakı alternativ traslar da nəzərdən keçirilib. İtaliyadakı İmola və Portuqaliyadakı Portimao trasları potensial variant kimi müzakirə olunsa da, sıx təqvim və logistika problemləri səbəbindən bu ideyadan imtina olunub. Nürburqrinqin isə yalnız fövqəladə vəziyyət üçün nəzərdə tutulduğu bildirilir.
Beləliklə, Bakı mərhələsi mövsümün ən vacib logistika körpülərindən birinə çevrilə bilər. Əgər Yaxın Şərqdə vəziyyət sabitləşərsə, Azərbaycan Qran-prisi “Formula 1” təqvimində regionlararası keçid nöqtəsi rolunu oynayacaq əsas yarışlardan biri olacaq.