
Qələbə 95 faiz rəsmiləşib
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
Tsunodanın builki performansı çox şişirdilir
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Belə baxıram ki, Monako üçün nə edirsən – et, nə düşünürsən – düşün, xeyri yoxdur! Ya yağış yağmalıdır, ya da peletonda qüvvələr nisbəti yaxın, sıx, bərabər olmalıdır. Onsuz da bu mövsüm yarışın taleyi ya şənbə günü, ya da ilk döngədə həll olunur, Monakoda isə xüsusən.
Lando Norris daha bir arzusunu gerçəkləşdirdi – Monakoda birinci olmaq hər kəsə nəsib olmur. Britaniyalı sürücü əsas problemi şənbə günü həll etdi – sıralanmada səhvə yol vermədi və poul qazandı. Startda mövqeyini qorudu və bütün yarış boyu vəziyyətə nəzarət etdi. Mövsümdə 2-ci, karyerasında 6-cı qələbəsinə sevinən Lando çempionatda komanda yoldaşı ilə fərqi də 3 xala saldı.
Şarl Lekler finişdən sonra özü də etiraf etdi ki, yarışı şənbə günü uduzmuşdu. Startda əlindən gələni etdi - alınmadı, strategiya işləmədi, ona görə də mövsümdə 2-ci podiumla kifayətlənməli oldu. Əvəzində komandası Mühəndislər Kubokunda “Red Bull”la fərqi minimuma endirdi.
Oskar Piastri də yarışın gedişində heç nə etmədi, startda mövqeyini qorudu və mövsümdə növbəti podiumunu qazandı. Çempionatda avstraliyalı sürücünün liderliyi davam etsə də, artıq Barselonada gələn bazar hər şey dəyişə bilər.
Əlbəttə, yeni reqlamenti xeyirlərinə tətbiq edən “Racing Bulls” komandasını, onların taktikasını təkrarlayan Uilliyams komandasını da xüsusi qeyd etmək lazımdır. Günün sürücüsü isə Ayzek Həcəri seçərdim...
İmolada uğursuzluğun əvəzini Monakoda çıxmağı planlaşdıran “Mercedes” isə lap bərbad çıxış etdi. Nəticədə “Red Bull”la fərq cəmi 4 xal qaldı.
Beləliklə, mövsümün ilk üçdəbiri arxada qaldı - bu bazar bizi Barselona gözləyir: Qüvvələr nisbəti dəyişəcəkmi?