vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 30 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
Komanda yoldaşı ilə sərt rəqabət 12:29 | 30 iyun 2025 | Bazar ertəsi Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Komanda yoldaşı ilə sərt rəqabət

Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məncə, bundan sonra yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq – digər mübarizələrin isə heç bir dəyəri qalmadı...

Lando Norris şənbə günü (iyunun 28-i) qazandığı poulu asanlıqla qələbəyə çevirdi. Yalnız yarışın ilk hissəsində komanda yoldaşının sıx pressinqinə məruz qalan britaniyalı sürücü onunla müqayisədə daha əvvəl etdiyi pit-stoplar sayəsində mövqeyini sığortaladı. Fərq böyük olanda ənənəvi səhvlərə də yol verdi, amma əsas mövsümdə 3-cü qələbəni qazanmaq idi, Lando da bu işin öhdəsindən əla gəldi.

Oskar Piastri ilk pit-stopuna 3 dövrə gec getməklə işini çətinləşdirdi və finişdə ikinci yerlə barışmalı oldu. Amma onun bu ikinciliyi komandasına mövsümdə 4-cü qələbə dublu gətirdi. Yarışın ilk hissəsində komanda yoldaşı ilə sərt mübarizəsi yaddaqalan idi. Ümumiyyətlə, “McLaren” komandasının sürücülərinə belə mübarizəyə icazə verməsi təqdirəlayiqdir.

Şarl Lekler sıralanma turunda 2-ci nəticəni göstərsə də, əvvəldən aydın idi ki, yarışda maksimum podiumun son pilləsinə namizəd olacaq. Ona görə də Şarlın bu nəticəsi maksimumdur – mövsümdə 4-cü podium və komanda yoldaşı ilə müqayisədə daha sürətli olması ona təsəlli verə bilər...

Əlbəttə, Liam Lousonun karyerasında ən yüksək nəticəsini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, Qabriel Bortoletonun karyerasında ilk xallar qazanmasını da – son dövrələrdə müəllimi Fernando Alonso ilə mübarizəsi də möhtəşəm idi, deyəsən, Nando özü qəsdən bəzi şeyləri yetirməsinə öyrətməyib.

Bizi isə sürət beşiyi Silverstounda 75 ildən sonra keçiriləcək növbəti yarış gözləyir – Lyuis bu dəfə podium qazana biləcəkmi?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)