
“McLaren” hər iki iddialıdır
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
Beləliklə, mövsümün 5-ci yarışı da arxada qaldı – tam fərqli mübarizə (əgər mübarizə demək olarsa), liderdən başqa tam fərqli podium. Yarışın taleyi isə ilk döngədə həll olundu.
Oskar Piastri artıq bu il indiyə qədər qazandığından çox qələbə qazanıb – 3-cü qələbəsinə sevinən avstraliyalı sürücü karyerasında ilk dəfə çempionatda liderliyə də yüksəldi. Komanda yoldaşından fərqli olaraq bu gün də hər şeyi ideal etdi - gözəl start aldı, rəqibini səhvə yol verməyə məcbur etdi və pit stop dalğasından sonra sadəcə maşını finişə çatdırdı. Bilmirəm komanda sürücü heyəti barədə nə zaman qərar verəcək, amma məncə, artıq Oskara işləməyin zamanı yetişib.
Maks Verstappen dünən poul qazansa da, bu gün qələbə şansı elə də yüksək deyildi. Amma startda ləngiməsəydi və ilk döngəyə öndə girə bilsəydi, bəlkə də Oskarı arxasında saxlaya bilərdi. Amma olan oldu, Maks rəqibindən çox uzaqlaşa bilmədi, sonra da cəriməyə görə yaranan fərqi qapadıb hücum məsafəsinə düşə bilmədi. Amma finişdən sonra özü demişkən – RB21 bu gün qələbə uğrunda mübarizə aparmağa imkan verirdi.
Şarl Lekler həm özünün, həm də komandasının mövsümdə ilk podiumunu qazandı - komanda ardıcıl ikinci dəfə strateji baxımdan fərqli gediş seçmişdi və Şarl bunu layiqincə dəyərləndirdi. Sonda isə ondan sürətli olan Landonu yaxınına belə buraxmadı. Bizə isə ümid etmək qalır ki, tezliklə “Ferrari” də qələbə uğrunda mübarizə apara biləcək.
Günün qəhrəmanı isə Karlos Saynsı hesab etmək olar – arxasında Aleks Elbona DRS verərək onu daha sürətli rəqibindən qorudu və komandasının hər iki maşını xal zonasına düşdü və yekunda çempionatda 5-ci yerə yüksəldi.
Bizi isə iki həftədən sonra Mayami gözləyir, daha bir şəhər trası və bizim vaxtla gecə yarışı...