
Darıxdırıcı yarış ...
... Yaxud mövsümün ilk qələbəsi
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Sabahkı finiş maraqlı olacaq
“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib
“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib
“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib
Yarışın startından finişədək ilk onluqda yalnız bir yerdəyişmə olursa, trasda mübarizənin olmamasından xəbər verir – amma ilk üçlük əvvəldən finişədək cəmi 3-5 saniyə içərisində idi...
Maks Verstappen yarışın taleyini artıq dünən həll eləmişdi – sıralanma turunda Suzukada ardıcıl qazanılmış 4-cü poulu bu gün 4-cü ardıcıl qələbəyə çevirmək sadəcə texniki məsələ idi. RB21 bu gün təkərlərlə yaxşı davrandı və hamının gözlədiyi deqradasiya baş vermədi, Maksdan səhv gözləmək isə artıq fantaziyanın pik həddidir. Əsas rəqibi ilə eyni dövrədə pitə çağırılması isə strateji üstünlüyü əldə saxlamağa imkan verdi. Yekunda karyerasının 64-cü qələbəsini qazandı.
Lando Norris startda əsas vəzifəsinin öhdəsindən gəldi və mövqeyini ilk döngəyədək qoruya bildi. Bundan sonra sadəcə Maksı təqib elədi və heç bir dövrə də olsun DRS-inə düşüb hücum məsafəsinə yaxınlaşmadı. Pitdən çıxarkən avantürist hücumunda isə rəqibi təqsirkar görmək – qələbə və titullar belə cığallıqla qazanılmır, mühəndisi demişkən, trasda ötmək lazımdır, pit yolunda yox.
Oskar Piasrti bu gün mövludunu qeyd edirdi və qələbəyə ümid bəsləyirdi, amma bunun üçün əvvəlcə komanda yoldaşını keçməli idi. Bəzi məqamlarda cüzi üstünlüyü olsa da, məncə, Landonu ötmək real deyildi, komanda isə yerdəyişməyə əmr vermədi, yəni bacarırsan trasda keç, bacarmadı. İstənilən halda komandaya daha bir podium dublu qazandılar.
Çempionatda isə vəziyyət daha da gərgindir – Landonun Maks üzərində üstünlüyü cəmi 1 xaldır, yəni Çində sprintdə Oskar Maksı keçməsəydi və ya sonda Lando özü ötmə etməsəydi, indi liderlərin bərabər xalları olardı. Trasda real mübarizə görməsək də, titul uğrunda mübarizə mövsümün sonuna qədər gedə bilər.
Əlbəttə, digər sürücülərdən sadəcə Andrea kimi Antonellini və xüsusən də Ayzek Həcəri qeyd etmək lazımdır.
Mübarizə isə artıq bu həftə Bəhreyndə davam edəcək...