İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:38 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 264 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“İran Hizbullahı”nın baş katibi və “Hizbullah” qəzetinin məsul şəxsi Məhəmmədbağır Xərəzi “Virasty” sosial şəbəkəsində paylaşdığı mesajda Abbas Araqçını Əli Xameneyinin ölümündə rol oynamaqda ittiham edib.
VAXT.AZ xəbər verir ki, Xərəzi bu paylaşımında Abbas Araqçı barədə “tamamilə şübhəli adamdır” yazıb. O bildirib ki, onun Abbas Araqçı “şəhid lider”lə görüşündən sonra İran rəhbərinin olduğu məkan bombardman olunub. O həmçinin Araqçının hazırkı İran rəhbəri ilə görüşmək üçün təkidlə israr etdiyini bildirib və iddia edib ki, Müctəba Xameneyi bu görüşə razılıq verməyib.
Hakimiyyətin sərt xətt tərəfdarlarından olan bu şəxs Araqçını
çıxışı və yazılarında Donald Trampla İsrail arasında fərq qoymağa çalışmaqda və
ABŞ-nin müharibədə iştirakını nəzərə almamaqda ittiham edib.

Xərəzi daha sonra təhdidedici tonda, “Allaha and olsun, əgər
hazırkı danışıqlar Bərcam (Nüvə Sazişi) kimi təslimiyyətə çevrilsə, küçə
etirazlarının yaradılmasında və Xarici İşlər Nazirliyi ilə Məsud Pezeşkian
hökumətinin dağıdılmasında bir an belə tərəddüd etməyəcəyik”, – yazıb.
Bu açıqlamalar Tehranla Vaşinqton arasında mümkün danışıqların, həftələrlə davam edən hərbi gərginlik və körfəzindəki qarşıdurmalardan sonra İran daxilində əsas fikir ayrılığı mövzularından birinə çevrildiyi bir vaxtda səsləndirilib. Sərt xətt tərəfdarlarının bir hissəsi hər hansı mümkün razılaşmanı geri çəkilmə kimi qiymətləndirir və eyni zamanda Məsud Pezeşkian hökumətinin diplomatik komandasına qarşı təzyiqləri artırır.
Qeyd edək ki, Məsud Pezeşkian iddia edib ki, Müctəba Xameneyi ilə birbaşa görüşüb və danışıb. Amma bu görüşlə bağlı hər hansı görüntü paylaşmayıb.