İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:34 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 605 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İran rejimi ilə İsrail arasında getdikcə alovlanan hərbi qarşıdurma, ən çox Güney Azərbaycanın şəhərlərində – Təbriz, Urmiya, Zəncan, Ərdəbil və digər türk bölgələrində yaşayan mülki əhalini təhlükə altına atıb. Rejim bu əraziləri qəsdən hərbi baza, raket anbarı və silah infrastrukturu ilə doldurur.
Amma əsas sual budur:
Niyə fars faşist molla rejimi Güney Azərbaycanda bircə dənə belə olsa, sığınacaq – müharibə zamanı mülki əhalinin qoruna biləcəyi təhlükəsiz qurğu – inşa etməyib?
Bunun səbəbləri nədir?
1. Etnik ayrı-seçkilik və dəyərsizlik siyasəti
Fars-molla rejimi Güney Azərbaycan türklərini illərdir sistemli şəkildə mədəni, dil, iqtisadi və sosial baxımdan sıxışdırır. Müharibə şəraitində isə onların qorunması üçün heç bir real planın olmaması, rejimin onları “insan sipəri” və ya “maddi itki” kimi gördüyünün sübutudur.
2. Strateji qalxan siyasəti
Faşist fars terror rejimi, Təbriz və ətraf şəhərləri İsrailin potensial hədəfi halına gətirməklə, öz fars şəhərlərini qorumağa çalışır. Təbriz əhalisi birbaşa təhlükə altına atılsa da, fars şəhərlərində ya sığınacaqlar var, ya da hərbi obyektlər mülki yaşayışdan uzaqda yerləşdirilib.
3. Siyasi məsuliyyətdən yayınma oyunu
Əgər İsrailin zərbələri nəticəsində mülki əhali ölərsə, rejim bunu təbliğat vasitəsi kimi istifadə edəcək: “İsrail mülki insanları öldürür” deyə hay köy qoparacaq. Halbuki, bu fəlakətin gerçək məsuliyyəti, hərbi infrastrukturu məhz yaşayış məntəqələrinin içinə yerləşdirən Tehrandakı faşist fars rejiminə aiddir.
Beynəlxalq qurumlara çağırış:
BMT, “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar bu ayrı-seçkilik siyasətini yalnız insan haqları pozuntusu deyil, həm də hərbi cinayət kimi qiymətləndirməlidirlər.
• Nə üçün Təbrizdə və digər şəhərlərdə mülki müdafiə sığınacaqları yoxdur?
• Niyə hərbi infrastruktur birbaşa mülki yaşayış bölgələrinin içinə yerləşdirilib?
• Nə üçün Güney Azərbaycan əhalisi müharibənin bədəlini ödəməlidir?