Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bakıda aparılan əməliyyatlar nəticəsində İran mənşəli narkotiklərin və kibercinayətkarlığın qarşısının alınması göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanları yalnız daxili deyil, həm də regional təhlükəsizliyə ciddi önəm verir. Burada əsas vurğu – bu qrupların “etno-kriminal şəbəkə” olması və onların məqsədli şəkildə sabitliyi pozmağa çalışmalarıdır.
Saxlanılanların əksəriyyətinin Rusiya vətəndaşı olması məsələyə yeni siyasi və strateji çalar qatır. Burada Rusiya vətəndaşlarının Azərbaycanda etnik zəmində cinayət törətməsi yalnız kriminal fakt deyil, eyni zamanda dövlətlərarası münasibətlərə təsir edə biləcək ciddi bir mesajdır. Azərbaycan bu əməliyyatla açıq şəkildə göstərdi ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, cinayətkarlıq və etnik düşmənçilik cəhdləri amansızcasına cəzalandırılacaq.
Azərbaycan dövləti bu əməliyyatla, açıq şəkildə, Vladimir Putinə və Rusiya siyasi elitasına aşağıdakı mesajı verir:
“Azərbaycan suveren və güclü dövlətdir. Heç bir güc – o cümlədən Rusiya – Azərbaycana heç nə diktə edə bilməz. Artıq o dövr geridə qaldı. Azərbaycan hüquqi, milli və ideoloji baxımdan öz təhlükəsizliyini qorumağa qadirdir. Millətimizə qarşı edilən hər bir haqsızlıq cavabsız qalmayacaq – istər Yekaterinburqda, istər Bakıda”.
Kremlin bilməlidir ki, Əgər onun vətəndaşları Azərbaycanda sabitliyi pozmağa çalışırsa və etnik ədavəti körükləyirsə, onların pasportu onları qoruyamayacaq.
Azərbaycan dövləti bu hadisə ilə təkcə bir cinayətkar qrupu zərərsizləşdirmədi – Rusiya və İranın regiondakı qeyri-rəsmi təsir alətlərinə qarşı da prinsipial mövqe sərgilədi. Bu da o deməkdir ki, Cənubi Qafqazda yeni reallıq yaranıb. Burada sabitliyi pozanlara, hansı ölkədən olmasına baxmayaraq, yerləri göstəriləcək.